Samxarauli adına Ekspertiza Bürosu eyvanları uçmuş bina ilə bağlı araşdırmanı tamamlayıb – nəticədə nə yazılıb
Levan Samxarauli adına Milli Məhkəmə Tibbi Ekspertiza Bürosu Marneuli şəhəri Nərimanov küçəsi 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ekspertizasını həyata keçirib. Nəticəyə görə, binanın texniki vəziyyəti qənaətbəxş deyil və bərkitmə-gücləndirmə işlərinə ehtiyac var. Zirzəmiyə axan sulara görə deformasiyalar əmələ gələ bilər və bu vəziyyət təhlükə yaradır.

“Binanın dam örtüyündə və zirzəmilərdə quraşdırılmış su çənlərinə görə örtük qurğularında yük hiss olunacaq dərəcədə artıb. Bu qeyd olunan konstruksiyaların daşıma gücünə təhlükə yaradır. Bununla yanaşı, çənlərdən və sıradan çıxmış dam örtüyündən binaya axan sulara görə örtük daşları ciddi şəkildə sıradan çıxıb, onların bu vəziyyətdə istismarı məqsədəuyğun deyil. Binanın təhlükəsiz istismarı üçün binanın dam örtüyündə və girişlərdə quraşdırılmış su çənlərinin sökülməsini, dam örtüyünün dəyişdirilməsini məqsədəuyğun hesab edirik. Belə olan halda binaya su axmaz və zirzəmilərə dolmaz. Bununla yanaşı, sıradan çıxmış fasad daşları da dəyişdirilməlidir. Qeyd olunan işləri aparana qədər binanın istismarı məqsədəuyğun deyil”, – Levan Samxarauli adına Məhkəmə Tibbi Ekspertizasının nəticəsində yazılıb.

Nərimanov 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında, eləcə də binanın həyət tərəfindən fasadında qurulmuş eyvanlar da sıradan çıxıb. Buna görə eyvanlardan istifadə etmək qadağandır.

Meriya yaşayış binasının dam örtüyü və eyvanların bərpası üçün lazım olan smeta sənədələrinin alınması ilə bağlı 14 160 lari dəyərində sadələşdirilmiş müqaviləni artıq bağlayıb.

Levan Samxarauli adına Məhkəmə Tibbi Ekspertizasının araşdırdığı binanın fotomaterialını təqdim edirik. Material meriyanın sadələşdirilmiş alqı-satqılarına yüklənib.


 

Print Email
FaceBook Twitter Google