Marneuli meriyası zəlzələ nəticəsində ziyan dəymiş evlərin təmirinə 107 997 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb
Marneuli meriyası tərəfindən 13 fevral tarixində baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş özəl evlərin bərkidilmə/bərpa işləri üçün elan edilmiş üç tender baş tutmayıb.

Tenderlərin pozulmasına görə, Marneuli meriyası ziyan dəymiş evlərin bərkidilmə/bərpa işləri üçün sadələşdirilmiş müqavilə bağlamağa qərar verib.

“Əgər tender komissiyası müvafiq işləri almaq üçün yenidən elektron tender yolu ilə davam edəcəksə buna minimal hesablama ilə ən az 40-50 günlük vaxt məsafəsi lazım olacaq ki, işlər müqavilə bağlamağa qədər gedib çıxsın. O da əgər elektron tender baş tutarsa və bütün tender proseduru müsbət , hər növ sənəd/prosedur maneələrindən kənar olarsa. Buna müvafiq olaraq tender prosedurları üçün lazım olan, yuxarıda qeyd olunmuş vaxta uyğun infrastruktur/bərkitmə, bərpa layihəsinin həyata keçirilməsi üçün də əlavə tender sənədləri ilə müəyyən edilmiş 90 günlük vaxt verilir. Bu müddət zəlzələ nəticələrini aradan qaldırmaq/ ləğv etmə tədbirlərini tam aparmaq üçün lazımdır. Həm də vaxtında, cari ilin büdcəsi çərçivəsində həyata keçirilsin. Ona görə də vəziyyət təxirəsalınmaz vaciblik daşıyır
”- Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbərinin izahatnaməsində yazılıb.

Marneuli meriyası bələdiyyə miqyasında 21 özəl yaşayış evinin bərkitmə/bəpra işlərini aparmağı planlaşdırır. Bunun üçün 107 977 lari 42 tetri dəyərində sadələşdirilmiş alqı-satqı elan edib.

İlk əvvəl yerli özünüidarə işlərin həyata keçirilməsi üçün üç tender elan etmişdi. Tenderlərə görə, Daştəpə, Qasımlı, Qaçağan, Şulaveri və Yuxarı Saralda evlərin bərkitmə/bərpas işləri üçün 39 391 lari nəzərdə tutulmuşdu. Mollaoğlu, Sadaxlı, Xocorni və Tsopidə özəl yaşayış evlərinin bərkitmə/bərpa işlərinə 33 823 lari dəyərində tender elan edilmişdi. Candar məntəqəsində, Nəsimi k. 16; Marneuli, Rustaveli küçəsi 75e; Marneuli, Uiarağo k. 1, Marneuli, Jordaniya k.32; Candar məntəqəsi, 9 qardaş k. 25 və Candar kəndində özəl yaşayış evlərinin bərkitmə/bərpa işlərinin alqı-satqısı üçün 34 842 lari ayrılmışdı. Qeyd edək ki, hər üç tender baş tutmayıb.

13 fevral, saat 22:25-də, Dmanisidə, Sameba kəndinin yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınmışdı. Güclü təkanlar Marneulidə də hiss olunurdu.

Print Email
FaceBook Twitter Google