Meriya Yeni Dioqnisidə məşq üçün məkanın qurulması və Hallavarda parkın hasarlanmasına 31 684 lari xərcləyəcək

Marneuli meriyası Yeni Dioqnisi kəndində məşq üçün məkanın qurulması və Hallavar kəndində parkın hasarlanması üçün “Sopo” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.



Yerli özünüidarə kəndlərdə layihənin həyata keçirilməsinə kəndə dəstək proqramı çərçivəsində qərar verib. Hər iki layihənin ümumi dəyəri 31 684 lari təşkil edir. Buradan 22 517 lari Yeni Dioqnisidə məşq məkanlarına, 9 166 lari isə Hallavarda parkın hasarlanmasına ayrılıb.

Marneuli meriyası “Sopo” MMC ilə 16 noyabrda sadələşdirilmiş müqavilə bağlayıb. Dövlət alqı-satqısı haqqında müqaviləyə əsasən “Sopo” MMC müqavilə bağlandıqdan 60 gün ərzində öhdəlikləri yerinə yetirməlidir.

 




 

Print Email
FaceBook Twitter Google