Kirovka sakinləri meriyanın bəyanatına baxmayaraq yenə də kəndə Mameyi adının verilməsini tələb edirlər
Marneuli bələdiyyəsinin Kirovka kənd sakinlərinin kəndə “Mameyi” adının verilməsi tələbi dəyişmədən qalır.

Yerli sakinlər “Marneuli” radiosu ilə söhbət zamanı bildirdilər ki, kənd tarixən “Mameyi” adlanırmış. Baxmayaraq ki, Sovet İttifaqı dövründə kəndə Kirovka adı verilib, hamı kəndi Mameyi olaraq tanıyır.



Bələdiyyə Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə 2022-ci ildən başlayıb. Əvvəlcə kənd sakinlərinə bir neçə ad təklif ediblər, amma onlar arasında əhalinin tələb etdiyi “Mameyi” adı olmayıb. 2022-ci ilin Bələdiyyə Məclisinin 14 noyabrda keçirilən iclasında isə Adların Verilməsi üzrə Komissiyanın üzvü məlumat verib ki, kəndə niyə “Mameyi” adını vermək olmaz. Bələdiyyə Məclisinin iclasında İrine Maçaraşvili bildirib ki, Kirovka sakinlərinin tələb etdiyi ad tarixi mənbələrdə qeydə alınmayıb. “Mamai” adı ilə bağlı bilgilər var və bu ad iki tarixi fiqurla əlaqəli ola bilər. Maçaraşvilinin sözlərinə görə, Mamai Qızıl Orda sərkərdəsi və ya müqəddəsin adı ilə bağlı ola bilər.

Kirovka sakinləri meriyanın açıqlamasına baxmayaraq, yenə də kəndə onların istədikləri adın verilməsini tələb edirlər.



Kirovka kəndinin adının dəyişdirilməsi prosesi indiki mərhələyə qədər davam etdirilir. Xüsusi hökumət komissiyası kənd əhalisinin və Marneuli meriyasının təklif etdiyi adların kəndə nə dərəcədə uyğun olduğunu müəyyən etməlidir. Marneuli meriyası kəndə iki ad seçib. “Dostluq” – gürcü və azərbaycanlıların dostluğunu əks etdirən ad və “Yaşıl təpə” – kənddə tarixən inkişaf etmiş metallurgiyanın nümayiş etdirmək və artefaktları tanıtmaq üçün seçilmiş ad.

Marneuli meriyasının nümayəndəsinin “kəndə “Mameyi” adını vermək olmaz” açıqlamasına “Salam” platforması da münasibət bildirib və açıqlamanı dezinformasiya adlandırıb. “Salam” platforması bələdiyyə rəhbərliyini, mərkəzi hakimiyyəti, elmi işçiləri, beynəlxalq təşkilatları, hüquq müdafiə təşkilatlarını və digər mülki fəalları bu məsələ ilə maraqlanmağa və bələdiyyənin bəzi əməkdaşlarına bu məsələ ilə manipulyasiya etməyə, dezinformasiya yaymağa imkan verməməyə çağırıb.


Print Email
Tags: Kiorvka Mameyi
FaceBook Twitter Google