Marneuli uşaq bağçalarının əməkdaşlarına pul mükafatı veriləcəkmi
Marneul bələdiyyəsinin uşaq bağçalarının əməkdaşlarına bu il pul mükafatı veriləcək. Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiq edib və bildirib ki, dövlət bütün əməkdaşlara pul mükafatı köçürüb. Ancaq mükafatın miqdarını konkret qeyd etmir.

“Pulun miqdarını deyə bilmərəm, ancaq mükafatın olacağını təsdiq edə bilərəm. Öz hesablarında görəcəklər”, – Kərəmov bildirdi.

Uşaq Bağçaları Birliyi hər ilin sonunda maaşdan əlavə pul mükafatı verir. Sonuncu dəfə istisna hal 2020-ci ildə olmuşdu və buna səbəb olaraq pandemiyanı qeyd etmişdilər.

Marneuli bağçalarında yeni il tətili 29 dekabrdan elan olunacaq. Bağçalar fəaliyyətini 16 yanvarda bərpa edəcək.

Print Email
FaceBook Twitter Google