“Natvra” – Marneuli Mədəniyyət Evində bu gün də uşaq tamaşası keçiriləcək
“Natvra” – Marneuli Mədəniyyət Evində bu gün də uşaq tamaşası keçiriləcək.

Təqdimat saat 17:00/18:00-da iki seans olaraq keçiriləcək.

“"Pərilər, sehrbazlar, elflər, ən mehriban Şaxta baba və digər nağıl qəhrəmanları uşaqlarla görüşməyə hazırlaşırlar” –
Marneuli Mədəniyyət Evi feysbukda yazır.

Yer tutmaq üçün qeyd olunan nömrəyə zəng vurun – 577 961 872




Mədəniyyət Mərkəzi 2023-cü ilin gəlişinə həsr edilmiş fəaliyyətlərin həyata keçirilməsinə 8 dekabrda yerli rəssam Xəyalə Mustafayevanın fərdi sərgisini keçirməklə başlayıb.

Planlaşdırılan tədbirləri və qrafiki sizə təqdim edirik:

• 22.12.2022- “İriao” Etno-caz qrupunun konserti (Mədəniyyət Nazirliyinin dəstəyi ilə)-saat 16:00.
• 23.12.2022- Marneuli şəhərinin İctimai Kitabxanasının tədbiri – uşaq yazıçıları ilə yeni il görüşü – saat 15:00
• 23.12.2022 – “Sehrli ziyafət” teatr tamaşası (premyera 1 seans) – saat 17:00.
• 25.12.2022 –
• 26.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar nümayiş 2 seans) (1 seans aztəminatlı uşaqlar üçün) – saat 17:00 və 18:00
• 27.12.2022 - “Sehrli ziyafət” teatr tamaşası (təkrar nümayiş) saat 17:00 və 18:00
• 27.12.2022- Musiqi məktəbinin şagirdlərinin yeni il konserti – saat 16:00
• 28.12.2022- Amerika Guşəsinin yeni il tədbiri (Səfirlikdən spiker, oyunlar, karaoke, hədiyyələrin verilməsi və s.) saat 14:00
• 28-29.12.2022 – Mədəniyyət Mərkəzi və Armen Hovanesyanın Kukla Teatrının kənddə yaşayan uşaqlara birgə hədiyyəsi – “Armenin kuklalarının yeni il səyahəti” kukla konserti (məkan 5 kəndin bağçası; pulsuz nümayişlər)


Print Email
FaceBook Twitter Google