Marneuli Bələdiyyə Məclisində ümumilikdə 45 nəfər əməkhaqqı alır.
Onlar arasında Bələdiyyə Məclisinin deputatları, eləcə də Bələdiyyə
Məclisi Aparatında işlə təmin olunan şəxslər də var.
Bələdiyyə Məclisinin 33 deputatından cəmi 19-u əməkhaqqı alır.
Bunlar Bələdiyyə Məclisinin sədri və onun müavinləri, fraksiya
sədrləri, onun müavinləri, komissiya sədrləridir.
Marneuli Bələdiyyə Məclisinin 2022-ci il 29 dekabr tarixinə olan
sərəncamına görə, Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin və
Bələdiyyə Məclisi Aparatının peşəkar dövlət məmurlarının
əməkhaqqının miqdarı müəyyən olunub.
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin aylıq
əməkhaqqı 2023-cü ilin yanvarından 5 566 lari olacaq. Onun birinci
müavini Tariel Məmmədov hər ay 4 356 lari əməkhaqqı alacaq.
Bələdiyyə Məclisi sədrinin daha iki müavini, Rövşən İsgəndərov və
Riçard Qiqaninin maaşları isə 3509 lari təşkil edəcək.
Marneuli Bələdiyyə Məclisində iki fraksiya var – “Gürcü Arzusu” və
“Vahid Milli Hərəkat”. “Gürcü Arzusu” fraksiyasının sədri Besik
Qelenidzedir, “Vahid Milli Hərəkat” fraksiyasının sədri isə Laşa
Kveladzedir. Onlar hər ay 2662 lari əməkhaqqı alacaqlar. “Gürcü
Arzusu” fraksiyası sədrinin 7 müavini var. Onlar Omar İrişov, Maia
Qelaşvili, Vano Burnadze, Adil Qurbanov, Ceyhun Çoydarov, Arsen
Axverdyan və Levan Akopyandır. “VMH” fraksiyası sədrinin isə yalnız
bir müavini var – Ramal Əhmədov. Fraksiya sədrinin müavinlərinin
əməkhaqqı 2178 lari olacaq.
Marneuli Bələdiyyə Məclisində komissiya sədrləri də əməkhaqqı
alacaqlar. Bələdiyyə Məclisinin 5 komissiya sədrinin əməkhaqqı isə
3 025 laridir.
Bələdiyyə Məclisi Aparatında işlə təmin olunanların əməkhaqqına
gəldikdə isə ən yüksək əməkhaqqını Aparat rəhbəri alır və onun
maaşı 3509 lari təşkil edir. Ən aşağı əməkhaqqını isə dördüncü
dərəcədən birinci kateqoriyalı baş mütəxəssislər alır və bu 1 694
laridir.
Bələdiyyə Məclisi Aparatında işlə təmin olunanların sayını
və onların əməkhaqqısının siyahısını sizə təqdim
edirik:
- Birinci dərəcəli birinci struktur vahidinin rəhbəri/aparıcı
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 3509
lari;
Təşkilatçılıq Şöbəsi:
- İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783
lari;
- Üçüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 057
lari;
- Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsi: 7 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936
lari;
- Dördüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 1694
lari;
Gender məsələləri və qeyri-hökumət sektoru ilə əlaqələr
şöbəsi:
- İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783
lari;
- Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis /baş
dövlət vəzifəsi: 4 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936
lari;
Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi:
- İkinci dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783
lari.
- Üçüncü dərəcədən birinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 057
lari;
- Dördüncü dərəcədən birinci kateqoriyalı kiçik
mütəxəssis/baş dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub.
Əməkhaqqı 1694 lari.
Maddi-Texniki və Kompüter Təminat Şöbəsi:
- Dördüncü dərəcəli ikinci struktur vahidinin rəhbəri/baş
dövlət vəzifəsi: 1 nəfər işlə təmin olunub. Əməkhaqqı 2 783
lari.
- Üçüncü dərəcədən ikinci kateqoriyalı baş mütəxəssis/baş
dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub. Əməkhaqqı 1936
lari;
- Dördüncü dərəcədən birinci kateqoriyalı kiçik
mütəxəssis/kiçik dövlət vəzifəsi: 2 nəfər işlə təmin olunub.
Əməkhaqqı 1694 lari;