Güclü qadınlar güclü kənd üçün – qeyri-hökumət təşkilatlarının yardımı ilə inkişaf etmiş Maradisi
“Qeyri-hökumət təşkilatları olmasa, Maradisidə belə güclü qadınlar olmazdı. Heç bu gözəl parkımız da olmazdı. Qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilən çox fermerlərimiz var. CENN qeyri-hökumət təşkilatı olmasa, bu gün Maradisidə kitabxana, təqdimat lövhəsi, min ədəd kitabımız olmazdı. Şagirdlərin Avstriyaya getmək imkanı da olmazdı. Gəlib həmyaşıdları ilə bölüşdülər”,- Maradisi sakini, müəllim Anjela Bolkvadze bildirir. O, müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Pedaqoq hesab edir ki, Parlamentdə irəli sürülən qanun layihəsi onların inkişafına ziyan vuracaq.

“Gürcü Arzusundan” ayrılmış “Xalqın gücü” deputatlar qrupu Gürcüstan Parlamentində “xarici təsir agentləri” haqqında qanun layihəsi qeydiyyatdan keçirib. Həmin qanuna görə, gəlirinin 20%-dən artığı beynəlxalq təşkilatlardan olan bütün media və qeyri-hökumət təşkilatları “xarici təsir agenti” hesab olunacaq.

“Agent satqın adam sayılır. Mən düşünürəm, onda Maradisidə, hamımız QHT-in agentiyik. Şəxsən mən QHT-lər tərəfindən maliyyələşdirilmiş Amerika xalqı tərəfindən yazılı çanta ilə məktəbə gedirəm. Mən Amerika xalqının agentiyəm? Bu mənim üçün təsəvvüredilməzdir. Qeyri-hökumət təşkilatları olmalıdır və onların maliyyə üçün verdiyi pullar məqsədsiz xərclənmir”,-
Anjela Bolkvadze bildirir.

Anjela kimi Maradisi sakini Naira Bolkvadze də beynəlxalq dəstəyin əhəmiyyətindən danışır. Ona da digər Maradisi sakinləri kimi qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə kənd təsərrüfatını inkişaf etdirmək, özünü kəşf edə bilmək, iqtisadi inkişaf və təhsil imkanları verilib. Maradisdə maliyyələşdirilən 61 layihə buna sübutdur.

“Təşkilatlar olmasa, biz indi heç kim idik. Yardımlar, bu layihələr haqqında heç bir məlumatımız olmazdı. Dövlət layihələri barədə də bilmirdik. Bizim ilk maliyyəçimiz “Taso” Fondu idi. Bu fond gəldi və həvəsləndirmək üçün bizə 2500 lari maliyyə verdi. Sonra qadınların gücləndirilməsi sahəsində təlimlər keçirdi. Bundan sonra başa düşdük ki, hansı hüquqlarımız var, layihələrdə iştirak etmək üçün nə edə bilərik. Bizim kənd təsərrüfatı həyatımızda xarici yardımlar, xarici təşkilatlar işıqlı nöqtə oldu. Bunlar olmasa, çox pis olar. Gürcüstanın gələcəyini, Gürcüstan qadınlarını, kənd təsərrüfatını da geridə qoyacaq”
Daha bir Maradisi sakini, Tamar Tğemaladzeyə də beynəlxalq dəstək kənd təsərrüfatının inkişafı üçün imkan verib. Onun bizimlə söhbət zamanı bildirdiyinə görə, maddi yardım olmasa müstəqil şəkildə gəlir əldə etmək imkanı olmazdı.

“2019-cu ildən “Taso” Fondu kəndə gəldi. Onlar layihəni həyata keçirmək üçün bizə böyük motivasiya verdilər. 2020-ci ildə mən şəxsən layihə yazdım, layihə motoblok, kiçi əl traktoru haqqında idi. Layihə maliyyələşdirildi və texnikanı aldım. Bu vəsait qadınların gəlirlərini artırmaq və tək ailədən asılı olmamaları üçündür”

“Gürcü Arzusunun” dəstəklədiyi “Xalqın gücü” hərəkatı tərəfindən hazırlanmış yeni qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu beynəlxalq və xarici təşkilatlardan maliyyələşdirilən QHT və media təşkilatlar “xarici təsir agenti” kimi qeydiyyatdan keçirilməlidir. Əgər təşkilat məcburi qeydiyyatdan keçməzsə, ona 25 000 lari dəyərində cərimə yazılacaq. Gürcüstanın Jurnalist Etikası Xartiyasının rəhbərinin sözlərinə görə, “xarici təsir agenti” olaraq qeydiyyatdan keçməsi media təşkilatların nüfuzdan salınmasına səbəb olacaq. Onların cərimələnməsi isə birbaşa regional və ya onlayn mediaların bağlanmasına səbəb olacaq. Çünki onların cəriməni ödəmək və fəaliyyətinə davam etmək üçün kifayət qədər maddi vəsaiti yoxdur.

Və yekun olaraq, əgər Parlament bu qanunu qəbul etsə gələcəkdə heç bizim veb-səhifə də əlçatan olmayacaq. Çünki biz də bağlanmaq təhlükəsi qarşısında qalacağıq.

Print Email
FaceBook Twitter Google