“Avropa və Qərb dəyərlərlərindən bizi uzaqlaşdıracaq hər hansı qanun mənim üçün qəbuledilməzdir”- Lela Xarşiladze

“Avropa və Qərb dəyərlərlərindən bizi uzaqlaşdıracaq hər hansı qanun mənim üçün qəbuledilməzdir. Sadə vətəndaş kimi deyirəm ki, bizi Avropaya və qərb dəyərlərinə daha da yaxınlaşdıracaq qanun qəbul etsinlər”,

– Marneul sakini Lela Xarşiladzde “Xalqın gücü” tərəfindən Parlamentə təqdim edilmiş “xarici təsir agenti” qanun layihəsinə belə münasibət bildirir və deyir ki, agent sözü birmənalı şəkildə mənfi anlayışdır, xainliklər assosiasiya olunur.

“Xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarını “agent” hesab etmirəm. Gürcüstanda yaxşı iş görən çox sayda QHT var və onların fəaliyyətini dayandırması çox pis olar, bizim ölkənin inkişafına da mənfi təsir göstərər. Mən şəxsən televiziyada işləyəndə bu baxımdan çox layihəmiz var idi. Əhali ilə NATO-nun, Avropa İttifaqının nə üçün olması, Gürcüstan niyə üzv olmalıdır, bununla fəhlə hansı faydalar əldə edəcək – bu kimi məsələlərdə söhbətimiz olurdu. Çox sayda QHT-lər qoşulmuşdu və televiziyanı maliyyələşdirirdilər. Heç də “agent” olduğumu hesab etmirəm. Agent tam başqa anlayışdır, o, xəyanətlə assosiasiya olunur. Marneuli timsalında qeyd etsəm, CENN kənddə yaşayan adamlar üçün çox yaxşı işlər görür. Onların fəaliyyətini alqışlayıram. USAİD üçün də eynisini deyə bilərəm”.

"Gürcü Arzusundan" formal olaraq ayrılmış "Xalqın gücü" qrupu Gürcüstan Parlamentində “xarici təsir agenti” haqqında qanun layihəsini qeydiyyatdan keçirib. Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.

6 mart tarixində Gürcüstan Parlamentində artıq ikinci dəfə qanun layihəsini müzakirə edirlər. Səhərdən yüzlərlə adam Parlament qarşısına toplaşıb Rusiya qanununun analoqu olan qanun layihəsinə etiraz edirlər.

 

Print Email
FaceBook Twitter Google