Marneuli meriyası kanalizasiya təmizləmək üçün maşın alınması ilə bağlı 328 700 lari dəyərində tenderi təkrar elan edib
Marneuli yerli özünüidarəsi kanalizasiya təmizləmək üçün maşın alınması ilə bağlı təkrar tender elan edib.

Yerli özünüidarə 328 700 lari dəyərində olan ilk tenderi 15 mart tarixində elan etmişdi. Tenderdə bir şirkət – “ASP-Group” iştirak edib. Şirkət meriyaya kanalizasiya təmizləmək üçün maşını 328 700 lariyə almağı təklif edib, amma yerli özünüidarə şirkəti tenderdən kənarlaşdırıb.

“Qiymət cədvəlində “İstehsal ölkəsi/istehsalçı/model” müvafiq qrafada şirkət təklif etdiyi malın istehsal olunduğu ölkəni qeyd etməyib.
Tender sənədlərinin tələblərinə uyğun olaraq alınan obyektin əmtəə nişanı, patenti, modeli, istehsal mənbəyi və ya istehsalçısı haqqında məlumat təqdim edilmədikdə, yaxud göstərilmədikdə texniki sənədlər dəqiqləşdirilmir. Belə ki, namizəd şirkət tərəfindən alınan obyektinin istehsal olunduğu ölkə dəqiq qeyd olunmadığı halda düzəliş edilmir və tenderdə iştirak edən şirkətin kənarlaşdırılmasına səbəb olur”,
– tender komissiyasının iclas protokolunda qeyd olunub.

Marneuli meriyası kanalizasiya təmizləmək üçün maşının alınması ilə bağlı təkrar tenderi eyni məbləğlə 18 aprel tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 28 apreldən 1 maya qədər tender təklifini təqdim edə bilərlər.

Qeyd edək ki, yerli özünüidarə kanalizasiya təmizləmək üçün maşının alınması ilə bağlı 180 000 lari dəyərində tenderi 2022-ci ildə də elan etmişdi. Tenderdə yalnız bir şirkət iştirak etmişdi. Buna baxmayaraq, Marneuli meriyası qeyd olunan tenderin dayandırıldığını elan etmişdi, çünki tenderdə kanalizasiyanın təzyiqlə yuyulma parametrləri müəyyən edilməmişdi.

“Qeyd olunan texniki xüsusiyyətlər və qiymət cədvəlində kanalizasiya təmizləmək üçün maşının təzyiqli yuma parametrləri göstərilməyib. Bu isə Marneuli bələdiyyəsinin kanalizasiya sisteminin yuyulması məqsədi ilə lazımı komponentlərdən biridir. Texniki xüsusiyyətlə yalnız kanalizasiya sistemində olan kütlənin təmizlənməsini əhatə edir”,
– meriyanın Əmlakın İdarəedilməsi və Maddi-Texniki Təminat Xidmətinin əsas struktur şöbəsinin rəhbəri Aqil Əmircanov meriyaya ünvanladığı izahatnamədə tenderin dayandırılma səbəbini belə izah edir.


Print Email
FaceBook Twitter Google