Bu gün, 21 aprel tarixində Ramazan bayramı münasibətilə Kürtlər
kəndində yaşayan 21 aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan
ailəyə ərzaq məhsulları paylanılıb.
Yardım kənd sakinləri tərəfindən təsis edilmiş “Kurtlar xeyriyyə
fondu” tərəfindən həyata keçirilib.
Fondun üzvlərinin “Marneuli” radiosuna verdiyi məlumata görə, bu
cür yardımlar hər il həyata keçirilir və gələcəkdə də davam
etdiriləcək.
Qeyd edək ki, bu il Ramazan bayramı aprel ayının 21-nə təsadüf
edəcəyi bildirilmişdi. Lakin Ramazan bayramı bəzi ölkələrdə 21
aprel tarixində qeyd edilsə də, bəzi ölkələrdə 22 aprel
tarixlərində qeyd olunacaq. Ramazan ayı 23 mart tarixində başladı
və bütün müsəlmanlar bu tarixdən etibarən niyyət edərək oruc
tutmağa başladılar. Ramazan ayında bütün müsəlmanlar bir ay ərzində
oruc tutaraq, ibadətlər etdilər.
Onu da əlavə edək ki, İslam dinində yetkinlik yaşına çatmış və
kasıb olmayan hər bir şəxs Ramazan ayının sonuncu günü fitrə
çıxmalıdır.
Həmin fitrə isə kasıb, yolda qalmış və vəziyyəti ağır olan
insanlara verilməlidir.