QHT-lərin, fəalların və jurnalistlərin evlərinə və ofislərinə nifrət dilini əks etdirən yazılar yazırlar

Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və jurnalistlərin evlərinə və ofis binalarına nifrət dilini əks etdirən yazılar yazırlar.

Artıq üçüncü gündür ki, onların yaşayış və iş yerlərinin divarlarında və qapılarında “agent”, “düşmən” və “xəyanətkar” yazıları görmək mümkündür.

Onların arasında var:

  • Nino Zuriaşvili “Monitor” araşdırma mediasının rəhbəri;
  • Qela Mtivlişvili “Mtis Ambebi” nin rəhbəri;
  • “Realpolitikanın” baş redaktoru Zaza Abaşidze;
  • SAİA-nın sədri Nona Kurdovanidze;
  • İSFED-in direktoru Nino Dolidze;
  • “Açıq Cəmiyyət Fondunun” nümayəndəsi Vano Çxikvadze;
  • Qadın Hüquqları Təşkilatı “Safari”
  • Fəal Nata Feradze;
  • “Qirçi-droa” və onun liderləri.

Nino Zuriaşvilinin maşınına da zərər yetiriblər.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib.

“Studio Monitor” bu faktlarla bağlı bəyanat yayıb və onları terror kimi qiymətləndirib.

Üçüncü gündür ki, hökumətin fəaliyyətsizliyi ilə təşviq edilən terror “Studio Monitor” və onun təsisçisi Nino Zuriaşviliyə qarşı davam edir.

Baş verən bütün hadisə ilə bağlı axtarış orqanlarına müraciət etdik.
Hakimiyyət və hüquq-mühafizə orqanlarının jurnalistlərə qarşı bu cür hücumlara reaksiya verməməsi bizi bu faktların arxasında hakimiyyətin dayandığına inandırır.

Son günlərdə Gürcüstanda tətbiq edilən Rusiya ssenarisi ilə müstəqil mediaya qarşı bu hesablaşma üsulları bizə yaxşı məlumdur.

Buna baxmayaraq, "Studio Monitor" komandası həmişə olduğu kimi, jurnalist araşdırmaları üzərində işləməyə davam edir.

“Rus qanununa yox”,
- “Studio Monitorun” bəyanatında bildirilir.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google