İlk Gürcüstan mənşəli Azərbaycandilli virtual ekosistem yaradılıb - Startup Network
Bu ilin aprel ayında, Gürcüstanda bir qrup gənc tərəfindən texnoloji ekosistem yaradılıb. Gənclər tərəfindən yaradılan texnoloji ekosistem gənclərlə birlikdə IT sahəsində çalışmaqdır.

Texnoloji ekosistemin təsisçilərindən biri olan Amil Bayramov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların əsas məqsədi texnologiyaya marağı olan gəncləri bir araya toplayaraq, əməkdaşlıq etməkdir.

“2023-cü ilin aprel ayında bir qrup istedadlı gənc texnoloji ekosistem yaratmaq qərarına gəldik. Belə bir qərara gəlməyimiz zamanın tələbi və ehtiyacı olduğundan qaynaqlanır. Texnoloji ekosistemin mahiyyəti texnologiya, biznes, innovasiya və startap sevərləri bir araya gətirib, əməkdaşlıqlar qurmaqdır. Hazırda ekosistem tam virtual olaraq onlayn şəkildə uğurla fəaliyyət göstərir. Ekosistemin adını Startup Network qoyan təşəbbüskarlardan biri mənəm. Digər təşəbbüskarlar isə Cavid Mergen, Qara İsmayılov, Raznahan Hümbətovdur. Bu təşəbbüsə sonradan digər gənclər də qoşulmaqla ekosistemin qurulmasında dəstək olmağa başladılar. Onlar Ayhan Ayvazov, Lalə Sofiyeva, Musa Hacıyev, Nurcan Əmircanova, Rəşad Qurbanov və digər gənclərdir”.

Bayramovun sözlərinə görə, ekosistemin daxilində müvafiq komandalar qurulub. Hal-hazırda bu şəbəkə gündən günə böyüyür.

“Ekosistem özünü quran və özünü idarə edən sərbəst bir şəbəkədir. Ekosistem daxilində müvafiq komandalar qurulub, hansılar ki avtonom şəkildə prosesdə birgə iştirak edirlər. Hazırda Startup Network ekosistemin nəzdində 3 layihə var. Gələcəkdə yeni startaplar qurulub, ekosistemə daxil olması gözlənilir. Gənclər öz aralarında Startup Networku qısaca SN olaraq adlandırırlar. SN gündən günə böyüyür. SN-nin genişlənməsi əsasən IT sahəsində fəaliyyət göstərən insanlar sayəsində artır. SN-ə qoşulmaq istəyən şəxslər çoxdur. Hamı SN-nin anketini doldura bilər, amma müvafiq təhlil və uyğunluqdan sonra müəyyən sayda insan qoşulma imkanı əldə edə bilir. Bütün prosesləri avtomatlaşdırmaq və beləliklə gələcəkdə daha effektli bir şəbəkəyə çevrilməyə iddialıdırlar”.

Amil Bayramovun dediyinə görə, onların təsis etdiyi ekosistemin mərkəzi Tbilisidədir. Digər ölkələrdən də onların üzvləri var.

“Hazırda müxtəlif ölkədə yaşamaqla ekosistemdə fəaliyyət göstərən çoxlu sayda gənc var. Misal, Gürcüstan, Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Almaniya, İtaliya və s. Hazırda, formal olaraq, ekosistemin mərkəzi Tbilisi şəhəridir. Ekosistemin bəhrəsini yaxın gələcəkdə hiss edəcəyik. Nəzərinizə çatdırmaq istərdik ki, hazırda Startup Network ilk Gürcüstan mənşəli Azərbaycandilli virtual ekosistemdir”.

Bayramov onu da qeyd etdi ki, onlar bu sistemi genişləndirərək komandalarına daha çox gənci cəlb edərək, onlara dəstək olmaq istəyirlər.

SN-nin anketini doldurmaq üçün linkə daxil olun: docs.google.com/forms

Əlavə məluma üçün keçid edin: www.theinvestor.ge

Print Email
FaceBook Twitter Google