Sizin məntəqədə kənd toplantısı nə zaman keçiriləcək?
Marneuli bələdiyyəsində “Kəndə dəstək proqramı” başlayır.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 12 fevraldan 26 fevral tarixinə qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.

Vəsait kəndlərin əhali sayına görə bölünüb. Hər kənd üçün ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Kəndlərə əsasən ümumi toplantıların və ya məsləhətləşmələrin keçirilmə tarixini, vaxtını sizə təqdim edirik.

Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə müxtəlif kəndlərdə aşağıdakı layihələrin həyata keçirilməsi mümkün olacaq:
  • İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri, baş tikililər, təmizləyici qurğular və s.);
  • Suvarma sistemləri;
  • Kanalizasiya arxları;
  • Sahil bərkitmə işləri;
  • Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və digər yol infrastrukturu;
  • Körpülər, keçidlər;
  • Küçə işıqları;
  • Məktəb ərazisinin abadlaşdırılması;
  • Məktəbəqədər təhsil müəssisələri və müvafiq inventar;
  • Ambulatoriya binaları;
  • Qəbiristanlıqların hasarlanması və abadlaşdırılması;
  • İdman infrastrukturu , meydançalar və meydançaların inventarı;
  • Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin, uşaq parkları, eləcə də istirahət məkanları, ayaqyolu;
  • Dəyirmanların və müvafiq inventarların bərpası;
  • Mini SES-lər və belə stansiyaların bərpası;
  • Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq, müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən nişanların yerləşdirilməsi.
Vətəndaşlardan layihə təklifləri meriyada, inzibati vahidliklərdə merin nümayəndələrinin yanında, eləcə də aşağıdakı ünvana elektron qaydada qəbul olunacaq: CLOAKING . Təklifləri 2024-cü ilin 12 fevral tarixinə qədər göndərə bilərsiniz.

Print Email
FaceBook Twitter Google