Marneuli meriyası kompüterlərin alınmasına 64 750 lari xərcləyib
Marneuli yerli özünüidarəsi 35 fərdi kompüterin alınması ilə bağlı tender çərçivəsində “UGT” MMC ilə müqavilə bağlayıb. Tenderin izahatnaməsinə görə, Marneuli meriyasına vəzifə funksiya-öhdəliklərini müvafiq şəkildə yerinə yetirməsi məqsədi ilə fərdi və portativ kompüterlər lazımdır.

Meriya “UTG” MMC-dən yalnız 35 fərdi kompüter alıb. İzahatnaməyə görə, meriya əlavə 10 ədəd noutbuk da alacaq.

“Təhvil verən alış-veriş edən obyektə 3 (üç) illik zəmanət xidməti verməlidir. Xidmətə əsasən, kompüterin sıradan çıxması halında 10 iş günü ərzində təmir ediləcək, yaxud yenisi ilə əvəz ediləcək. Mal zavod qaydasında hazırlanmış olmalıdır, eyni zamanda yeni, orijinal, qüsursuz, daşınma üçün təhlükəsiz qablaşdırmada olmalıdır. Təhvil verən alıcı obyektin sifarişini 24 aprel 2024-cü il tarixinə qədər həyata keçirməlidir”, – müqavilədə qeyd olunub.

Müqaviləyə görə, bir ədəd fərdi kompüter 1850 laridir, meriya 35 kompüterin alınmasına 64 750 lari xərcləyəcək.

Print Email
FaceBook Twitter Google