Tbilisi-Sadaxlı qatarının bərpası hələ müzakirə olunmayacaq
Sadaxlı-Tbilisi istiqamətində hərəkət edən qatar pandemiyadan sonra hərəkətini bərpa etməyib.

“Gürcüstan Dəmiryolundan” “Marneuli” radiosuna bildirdilər ki, marşrutun bərpası hələ müzakirə olunmur.

Qatarın bərpasını Marneulinin bir neçə kənd əhalisi tələb edir. Mülki fəal Aram Akopyan bildirir ki, Qırmızıkənddə, Maradisi və Şulaveridə təşviqat kampaniyası aparan ilk şəxslərdən biri onlar idi.

Fəaliyyət Rondelli Fondu və Niderland səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Aram deyir ki, qatarın bərpası kənd təsərrüfatı ilə məşğul olan adamlar, tələbələr, aztəminatlı ailələr üçün mühümdür.

Sadaxlı-Tbilisi qatarı gündə iki reys həyata keçirirdi və dəmiryolu kənarında yerləşən kəndlərin sakinləri ondan istifadə edirdilər. Çox adam üçün bu məhsulları Tbilisidə satmaq üçün yeganə vasitəsi idi.

Print Email
FaceBook Twitter Google