Marneuli meriyası 7 500 lariyə yeni sayt yaradır
Marneuli meriyası yeni veb-səhifə yaradacaq. Meriya yeni veb-səhifənin yaradılması üçün “Proservis” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, meriyanın hazırkı veb-səhifəsi köhnəlib və buna görə yenisini yaratmaq lazımdır.

“Xatırladaq ki, Marneuli meriyasının rəsmi veb-səhifəsi PHP-nin artıq köhnəlmiş versiyası ilə yazılıb. Çünki istifadə etdiyimiz hostinq ictimai veb-səhifəyə yerləşdirilib və təhlükəsizlikdən irəli gələrək provayder trəfindən daim yenilənir, marneuli.gov.ge-nin bağlanma təhlükəsi var.

Bildiyiniz kimi, meriyanın rəsmi veb-səhifəsinin qaydasında işləməsi bələdiyyə üçün mühümdür. Çünki buraya ictimai məlumat, sənədlər, yeniliklər və sosial xidmətlər, bələdiyyə miqyasında həyata keçirilən fəaliyyətlər haqqında məlumatlar yerləşdirilir”,
– Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Davit Çikadzenin izahatnaməsində qeyd olunub.

Müqavilənin texniki tapşırığına görə, saytın dizaynında bələdiyyə loqosu və adı olmalıdır. Eləcə də sayt gürcü və ingilis dillərində fəaliyyət göstərməlidir. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, sayt əvvəlcə yalnız gürcü dilində olacaq.

“İndiki mərhələdə sayt yalnız gürcü dilində olacaq. Gələcəkdə ola bilsin başqa dillərdən də istifadə edək. Bunu sayt fəaliyyətə başlayandan sonra müəyyən edəcəyik. İndiki mərhələdə saytın istismar müddəti keçib və bağlana bilər, ona görə təcili olaraq sayt düzəltdirmək istəyirik ki, arxiv itməsin”, – Davit Çikadze bildirib.

Marneuli yerli özünüidarəsi yeni saytın yaradılması üçün “Proservis” MMC ilə 7500 lari dəyərində müqavilə bağlayıb.

Meriyanın yenilənmiş saytında görə biləcəklərinizin siyahısını sizə təqdim edirik:
  • Mətn səhifəsi (meriya haqqında, Bələdiyyə Məclisi haqqında)
  • Görməli yerlər
  • Bələdiyyənin meriya, eləcə də Bələdiyyə Məclisinin vəzifəli şəxslərinin modulu
  • Bələdiyyənin xidmətləri
  • Fərmanlar
  • İclas protokolları
  • Müsabiqələr
  • Hesabatlar
  • Yeniliklər
  • Bürolar
  • Komissiyalar
  • Fraksiyalar
  • Sosial proqramlar
  • Müraciətlər
  • Foto Qalereya
  • Video Qalereya
  • Əlaqə

Print Email
FaceBook Twitter Google