Marneulidə qəbiristanlığın hasarlanmasına 56 890 lari xərclənəcək
Marneulidə qəbiristanlıq hasarlanacaq. Yerli özünüidarə qəbiristanlığın hasarının bərpası üçün 56 890 lari dəyərində tender elan edib. Tender sənədlərinə görə, hasarı bərpa olunacaq qəbiristanlıq Marneuli şəhərində, Müqəddəs Qiorqi adına kilsənin yaxınlığında yerləşir.

“Layihə ilə hasarın və yeni dəmir hasarın quraşdırılmasını, elcə də mövcud dəmir hasarın bərpasını nəzərdə tutulur. Bütün layihə qərarları müvafiq tərəflərlə razılaşdırılıb.

Tikinti zamanı mövcud yeraltı və yerüstü şəbəkənin sıradan çıxmasının qarşısını almaq məqsədi ilə tikinti zamanı ərazidəki şəbəkənin sahibi olan təşkilat, nəzarət təşkilatının nümayəndələri və sifarişçi təşkilatın səlahiyyətli şəxsləri çağırılmalıdır”,
– tender sənədlərində yazılıb.

Marneuli şəhərində qəbiristanlığın hasarının bərpası işləri üçün tenderə ayrılmış vəsaitin 100%-i yerli özünüidarə büdcəsindən maliyyələşdirilir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 11-16 fevral tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 60 gün ərzində işləri təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google