Marneuli Bələdiyyə Məclisi iki təşkilatın meriya binasından istifadə etmək müddətini uzadıb
Marneuli Bələdiyyə Məclisi bu gün, 5 mart tarixində baş tutan iclasda bələdiyyədə fəaliyyət göstərən iki qeyri-hökumət təşkilatına Marneuli meriyasının balansında olan məkandan istifadə etmək müddətinin uzadılmasını dəstəkləyib.

Bələdiyyə Məclisi iclasında meriyanın Əmlak İdarə Edilməsi və Maddi texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov bildirib ki, Şaumyan kəndində bələdiyyə balansında olan 180 kv.m bina-tikili var və bələdiyyə onu “Şaumyan Təhsil Mərkəzinə” verəcək.

“Bu mərkəz gənclərin inkişafı üçün müxtəlif layihələr həyata keçirir”, – Aqil Əmircanov bildirib.

Meriya “Şaumyan İcma Mərkəzinə” binanı təmənnasız, 2 il müddətinə verib.

Bələdiyyə Məclisi Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində meirn nümayəndəsinin inzibati binasında olan 460,06 kv.m sahədən 396,81 kv.m sahədə “Uşaq, Ailə, Cəmiyyət” təşkilatı üçün 2 il müddətin uzadılmasını dəstəkləyib.

Aqil Əmircanovun sözlərinə görə, təşkilat illərdir Marneuli bələdiyyəsində fiziki imkanları məhdud uşaqlarla işləyir və meriya onlara binadan istifadə etmək hüqunu əməkdaşlığı davam etdirmək üçün verib.

Bu gün, 5 mart tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında 8 məsələ müzakirəyə çıxarıldı. Bələdiyyə Məclisi üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Print Email
FaceBook Twitter Google