Marneulidə qəza zamanı xəsarət almış iki sərnişin xəstəxanaya yerləşdirilib
Bu gün, 6 mart tarixində Marneulidə baş vermiş qəza nəticəsində 1 nömrəli marşrutun sürücüsü həyatını itirib. Hadisə 26 May meydanında, Polis İdarəsinin yaxınlığında baş verib.

Hadisə nəticəsində 1 nömrəli marşrutun sərnişinləri də xəsarət alıblar. “Geo Hospitals” klinikasından “Marneuli” radiosuna bildirdilər ki, təcili yardım onların klinikasına iki xəstə aparıb.

“Təcili yardım biz iki xəstə gətirdi. Onlardan biri bizim əməkdaşımızdır və o da sərnişin kimi marşrutda olub. Onların vəziyyəti ağır deyil, yüngül xəsarət alıblar. Baş nahiyələrində yad cisim, şüşə qırıqları var. Müayinələr aparılır və güman ki, biri stasionara keçiriləcək, digəri isə evə buraxılacaq. Hələ ki, qəbul şöbəsində müşahidə altındadırlar”, – “Geo Hospitasldan” bildirirlər.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən təfərrüatları araşdırır.





Print Email
FaceBook Twitter Google