Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin dövlət işçilərinin hazırlığı planını təsdiq edib
Marneuli Bələdiyyə Məclisinin 5 mart tarixində baş tutan iclasında peşəkar dövlət işçilərinin davamlı təhsil planı təsdiq edilib.

İclasda məsələnin məruzəçisi, Marneuli İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze bildirdi ki, Bələdiyyə Məclisi tərəfindən plan təsdiqləndikdən sonra bələdiyyə konkret istiqamətlərin alınmasını həyata keçirəcək.

“Bildiyiniz kimi, dövlət xidməti haqqında qanuna əsasən, dövlət qurumu işçinin inkişafının qayğısına qalmağa borcludur. Bununla bağlı 2024-cü il təhsil planının təsdiqi haqqında sərəncamı Bələdiyyə Məclisinə təqdim edirik, ona əsasən müəyyən məsələləri qeyd etmişik. Bu insan resurslarının idarə edilməsi, yerli özünüidarəetmə məsələləri, audit, maarifləndirmə, ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və müxtəlif məsələlər istiqamətindədir. Sözügedən təhsil planı Bələdiyyə Məclisi tərəfindən təsdiq olunduğu halda, müvafiq xidmət tərəfindən konkret istiqamət götürüləcək və işçilərə qeyd olunan məsələ ilə bağlı təlimlər keçiriləcək”, – Mamuka Şubitidze bildirib.

5 mart tarixində Marneuli Bələdiyyə Məclisi iclasında 8 məsələ müzakirəyə çıxarıldı. Bələdiyyə üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Print Email
FaceBook Twitter Google