Gender Şurası Marneulidə itlər üçün 130 sığınacaq yerləşdirəcək
5 mart tarixində Marneuli Bələdiyyə Məclisi iclasında sahibsiz itlər məsələsi müzakirə olunub. İclasın sonunda “Vahid Milli Hərəkat”-ın sədr müavini Ramal Əhmədov çıxış etdi və Bələdiyyə Məclisi sədrinə sual ünvanladı. Sual bələdiyyənin sahibsiz itlər problemini həll etmək üçün nə planlaşdırması ilə bağlı idi.

Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze suala cavab olaraq bildirdi ki, bələdiyyə bu məsələ üzərində işləyir.

“Bilirsiniz ki, Bələdiyyə Məclisində Gender Şurası var və Gender Şurasının katibi İa xanım plan hazırlayıb. İtlər üçün artıq 130 evcik, sığınacaq sifariş verilib. Onlar elə yerə yerləşdiriləcək ki, itlərin sığınacağı və yemi olsun. Bu halda ümid edirəm ki, vətəndaşlar da bizə qoşulacaqlar, kimin imkanı var bu itlərə yemək versin. Ümumilikdə, quberniya Kvemo Kartlidə böyük sığınacaqlardan birinin yaradılması üzərində işləyir. Həmin sığınacaq Kvemo Kartlinin bütün bələdiyyələrinə xidmət göstərəcək. Bu məsələ hamını narahat edir, amma düşünürəm ki, yaxın gələcəkdə həll olunacaq”, – Amiran Qiorqadze bildirib.

5 mart tarixində, Marneuli Bələdiyyə Məclisi iclasında 8 məsələ müzakirəyə çıxarılıb. Bələdiyyə üzvləri bütün məsələlərlə bağlı müsbət qərar qəbul etdilər.

Print Email
FaceBook Twitter Google