Marneulidə neçə bağçanın tikintisi planlaşdırılır
Marneuli miqyasında 14 bağçadan yalnız 11-i fəaliyyət göstərir. Üç bağçada isə tədris prosesi dayandırılıb.

Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna bildirdi ki, üç bağçanın birində təmir işləri aparılır. İkisində isə binaları qəzalı vəziyyətdə olduğuna görə yenidən tikilir.

“Artıq Tsereteli bağçasının təməli atılıb və tikintisinə başlanılıb. Şulaveri bağçasının təməlinin atılması üçün hazırlıq işləri aparılır. Amma orada problem var. Belə ki, bağça ərazisindən boru keçir. O boru başqa əraziyə köçürüldükdən sonra oranın da təməli atılacaq və işlərə başlanacaq. Artıq tender elan olunub və qalib şirkət müəyyənləşib. Candar ərazisində də bağcanın tikintisinə başlanımalıdır”.

Uşaq Bağçaları Birliyinin rəhbərinin sözlərinə görə, Marneuli bələdiyyəsinin 19 ərazi vahidliyində 32 məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir.

“İndi də məktəbəqədər hazırlıq mərkəzlərinin artırılma ehtimalı var. Çünki Təhsil Nazirliyi yeni layihə həyata keçirir. 10 məktəbdə məktəbəqədər hazırlıq qrupları üçün otaqlar təmir edilib”.

Kərəmov onu da bildirdi ki, növbəti illərdə Marneuli ərazisində 10 yeni bağçanın tikintisi planlaşdırılır. Onlardan üçünün tikintisi 2024-cü ildə nəzərdə tutulub.

İstifadə olunan əsas şəkil "Marneuli" radiosunun arxivdən götürülüb.

Print Email
FaceBook Twitter Google