Meriya Opretidə içməli su nasosunun təmirinə 9990 lari xərcləyib
Dörd ay ərzində Marneulinin Opreti kəndində içməli su nasosu ikinci dəfə sıradan çıxıb. Marneuli meriyasının fərdi sahibkar Qiorqi Katsitadze ilə imzaladığı sadələşdirilmiş müqaviləyə əsasən, 21 fevral 2024-cü il tarixində Opreti inzibati ərazi vahidliyinin nümayəndəsi şəhər meriyasına kənddə quraşdırılmış içməli su nasosunun mühərrikinin sıradan çıxması barədə məlumat verib. Buna görə, Xoxmeli və Opreti kəndlərinə içməli su verilmirmiş.

“Yuxarıda qeyd olunanlarla əlaqədar biz məsələni yerində araşdırdıq və problemin həlli üçün içməli su mühərriki (30 kvt 2940 dövriyyə/dəq), texniki hissələrin alınması və elektrik şkafının təmiri-quraşdırma xidməti lazımdır", – sadələşdirilmiş müqavilədə qeyd olunub.

4 mart tarixində Marneuli yerli özünüidarəsi fərdi sahibkar Qiorqi Katsitadze ilə 9990 lari dəyərində sadələşdirilmiş müqavilə imzalayıb.

Marneuli meriyası 2023-cü ilin noyabr ayında Opreti kəndində içməli su nasosunu təmir etmişdi. Yerli özünüidarə mərkəzi nasosun alınması və quraşdırılması üçün fərdi sahibkar Boris Beçviaya 6000 lari 30 tetri ödəyib.

Qeyd edək ki, 2024-cü ilin büdcəsində Marneuli Bələdiyyəsinin Opreti kəndinə yeni su xəttinin çəkilməsi nəzərdə tutulub və bunun üçün 350 027 lari ayrılıb.

Print Email
FaceBook Twitter Google