Marneuli məktəblərindən birində direktorluğa 17 namizəd qeydiyyatdan keçib
Direktor vəzifəsinə namizədlərin elektron qeydiyyatı başa çatıb. Təhsil Nazirliyinin saytında dərc olunmuş məlumata görə, Marneuli üzrə 66 dövlət məktəbində direktor vəzifəsi boşdur.

Ən çox namizəd Marneuli şəhərinin 8 saylı məktəbində qeydə alınıb. Qeyd olunan təhsil müəssisəsində direktor vəzifəsinə 17 namizəd var. Araflı kənd ictimai məktəbində 11 namizəd, Lejbəddin ictimai məktəbində isə 10 namizəd qeydə alınıb. Keşəli, Kürtlər ictimai məktəblərində də eyni sayda namizəd qeydə alınıb. Sabirkənd 1 saylı ictimai məktəbinin 9 namizədi var.

Siyahıya rəqibsiz məktəblər də daxildir. Xuldərə kənd ictimai məktəbi və Opreti ictimai məktəbində bir namizəd qeydə alınıb.

Marneuli məktəblərinin tam siyahısını və namizədlərin sayını sizə təqdim edirik:

Marneulidə 74 ictimai məktəb var. Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, bütün bələdiyyə üzrə 8 məktəbin direktoru var. İndiki mərhələdə digər təhsil müəssisələri səlahiyyətin icraçıları tərəfindən idarə olunur.

Məktəb direktoru vəzifəsinə namizədlər üçün imtahanı 10 mart tarixində keçiriləcək.

Qeyd edək ki, direktorlar imtahanı qapalı şəkildə keçirilir və imtahana əsasən direktor vəzifəsinə namizədə test imtahanı, yalnız bir müsahibədən keçmək imkanı veriləcək.


Print Email
FaceBook Twitter Google