Marneulidə qəza nəticəsində xəsarət almış piyadanın vəziyyəti ağırdır
7 mart tarixində, təxminən saat 22:00 radələrində Marneuli şəhərinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobil piyadanı vurub, sonra isə daha iki avtomobillə toqquşub.

Marneulinin "Aversi" klinikasından "Marneuli" radiosuna bildiriblər ki, xəsarət almış piyadanı əvvəlcə onların klinikasına aparıblar.

"Xəsarət almış şəxsi bizim klinikaya gətirdilər. Vəziyyəti çox ağır idi. Onurğadan ağır xəsarət almışdı. Bizim reanimasiyada yer yoxdur və xəstəni dünən Tbilisiyə, "Jerars" klinikasına apardılar", – Aversi klinikasının meneceri bildirdi.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google