Elnur Vəlizadənin qısametrajlı filmi “Tbilisi İdman və Gənclər Mərkəzi”nin elan etdiyi müsabiqənin qalibi olub (VİDEO)
“Era teatrı”nın aktyoru Elnur Vəlizadənin lentə aldığı “Su həyat mənbəyidir” adlı qısametrajlı filmi Tbilisi Meriyasının nəzdində fəaliyyət göstərən “Tbilisi İdman və Gənclər Mərkəzi” tərəfindən elan edilən müsabiqənin qaliblərindən olub. Müsabiqənin şərtlərinə görə, iki qalib elan edilib. Belə ki, müsabiqə iştirakçılarının lentə aldığı qısametrajlı filmlər münsiflər heyəti və “Facebook”da gələn bəyənmə sayına görə seçilib.

Elnur Vəlizadənin “Su həyat mənbəyidir” adlı qısametrajlı filmi “Tbilisi İdman və Gənclər Mərkəzi”nin “Facebook” səhifəsində filmlərə/videolara gələn bəyənmə sayına görə qalib olub. Digər qalib Tbilisili Maya Pipxadzenin çəkdiyi “Ətraf mühitlə bağlı problemlər” adlı qısametrajlı film isə münsiflər heyəti tərəfindən qalib elan edilib.

Teatrın aktyoru və bədii rəhbərin müavini olan Elnur Vəlizadə “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, müsabiqədə qalib olmaq gözəl bir hissdir və bunu sözlə ifadə etmək olmur.

“Müsabiqədə qalib olmaq olduqca xoş hissdir. Əsasən də komanda olaraq işləməyin gətirdiyi qalibiyyət xüsusilə qürurvericidir. Hazırda daha böyük bir müsabiqəyə hazırlaşırıq. Komandamızın əhval-ruhiyyəsi yüksəkdir. İzləyicilərimiz və dəstəkçilərimizdən aldığımız stimul ilə bu yarışda da uğur qazanacağımıza inanırıq. Çünki çox qeyri-adi və orijinal bir ssenari üzərində işləyirik”.

“Tbilisi İdman və Gənclər Mərkəzi” tərəfindən elan edilmiş müsabiqənin iştirakçılarına sertifikatları təqdim olunub. Qaliblərə isə sertifikatla yanaşı hədiyə çekləri də verilib.

“Su həyat mənbəyidir” adlı qısametrajlı filminin komanda heyəti:
  • İdeya müəllifi: Anar Rafiqoğlu;
  • Rejissor&aktyor: Elnur Vəlizadə;
  • Operator: Nicat Hüseynov, Seymur Mərdəliyev;
  • Fotoqraf: Qurban Vəliyev;
  • Stilist: Elvin Xanbabayev;
  • Köməkçi: Ruslan İsmayılov.
Qeyd edək ki, müsabiqə Tbilisi meriyasının nəzdində fəaliyyət göstərən “Tbilisi İdman və Gənclər Mərkəzi” tərəfindən elan edilmiş beynəlxalq çağırış olan “Yer saatı”na həsr olunub. Layihənin əsas məqsədi gənclərin qlobal ekoloji problemlər haqqında məlumatlılığının artırılması və bu istiqamətdə yaradıcı baxışlarının dəstəklənməsidir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google