Aktual Mövzu -İnteqrasiya zamanı milli azlıqların mədəniyyətinin qorunması
Gürcüstanın mülki həyatında milli azlıqların inteqrasiyası prosesi haqqında tez-tez söhbət açılır. Dil, mədəniyyət, ədəbiyyat – inteqrasiya və tamhüquqlu vətəndaşa qədər yol buradan başlayır. Lakin Gürcüstanda yaşayan Gürcüstan vətəndaşları olan etnik azlıqlar bu prosesdə öz mədəniyyəti və dilini itirmək qorxusu görürlər.

Gürcüstanda etnik azərbaycanlılar ən çox Marneuli bələdiyyəsi ərazisində yaşayırlar. Marneuli əhalisinin 78%-ni etnik azərbaycanlılar təşkil edir. Regionda hər zaman gürcü ictimaiyyətində, dil, mədəniyyət sahələrində milli azlıqların iştirakı və paralel olaraq milli kimliyin qorunması məsələsi kəskin şəkildə durub.

Gürcüstanda yaşayan milli azlıqların milli kimliyi məsələsinin qayğısına kim qalmalıdır? Milli azlıqlar özləri, yoxsa dövlət?

Marneuli mədəniyyət mərkəzinin direktoru Nato Şavişvili hesabat təqdim edərkən Mədəniyyət Mərkəzinin benefisiarları milliyətinə görə seçməməsindən fəxrlə danışırdı. Mərkəzdə bir çox xidmətlər var ki, bu xidmətlərdən mədəniyyət və dinindən asılı olmayaraq hər kəs faydalana bilər. Mədəniyyət Mərkəzinin etnik azərbaycanlı əməkdaşı yoxdur. Dəqiq desək 38 əməkdaşı var.



Siz İnsan Hüquqlarının Araşdırma və Monitorinqi Mərkəzinin hüquqşünası Mariam Qabriaelaşvilini dinləyirdiniz. Milli mədəniyyətin və milli kimliyin qorunması və saxlanılması hüququnu Mülki və Siyasi Hüquqlar Paktının 27-ci maddəsi təmin edir.

Həmin maddəyə görə, Etnik, dini və ana dili baxımından azlıqların yaşadığı ölkələrdə belə azlıqlara mənsub olan şəxslərin həmin qrupun digər nümayəndələri ilə bərabər öz mədəniyyətindən yararlanmasına, öz dinlərinə inanmalarına və əməl etmələrinə və ya öz ana dillərindən istifadə etmələrinə heç kəs qarşı çıxa bilməz.

27-ci maddə ilə qorunan hüquqlar yalnız fərdi xarakter daşımır, eyni zamanda dövlət tərəfindən etnik azlıqlarla münasibətdə müsbət öhdəliklərin həyata keçirilməsini tələb edir.

Fəal vətəndaş Samirə Bayramovanın bəyanatından sonra Marneuli Mədəniyyət Mərkəzinin rəhbərliyi bizimlə söhbəti zamanı bildirdi ki, mədəniyyət evində Azərbaycan folkloru kursları açılacaq, lakin hələ ki, vətəndaşlara bununla bağlı bir rəsmi açıqlama olmayıb.

Verlişin səsli dinləmək üçün aşağıdakı linkə keçid edə bilərsiz: ↓

 

Print Email
FaceBook Twitter Google