"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Argonavtika birinci hissə
Rodoslu Apoloniosun “Arqonavtika”
əsəri bir çox cəhətdən diqqətamizdir. Bu əhvalat kiçik olsa da
öz-özlüyündə bir silsilə təşkil edir. “Arqo” gəminin adıdır,
“Arqonavtika” isə Arqo haqqında əhvalat deməkdir
.
“Arqonavtikada” söylənilən hadisələr İliadadan da əvvəl baş
vermişdir. İliada da adı çəkilən qəhrəmanların bəzilərinin atası bu
səyahətdə bilavasitə iştirak etmişlər. Misal üçün Axillesin atası
Peleyin adını çəkmək olar. Ümumiyyətlə Peley Yasonla birlikdə
səyahətə çıxdıqda Axilles dayəsinin qucağındadır. Homerin “Odiseya”
poemasında Kral Eetin adı çəkilir və Odisseyi öz yanında saxlayan
Kirke məhz həmin Eetin bacısıdır.
Bundan əlavə “Arqonavtika” Kolxida krallığı barədə geniş məlumat
verir. Kolxida kralığı indiki Gürcüstanın qərbində yerləşirdi və
paytaxtı da Kutaia idi. Hesab olunur ki, bu məhz indiki Kutaisi
şəhərinin qədim adıdır.
Bəs bu səyahətə nə səbəb olmuşdur?
Kral Pelias Hera qarşısında bir günah edərək İlahənin qəzəbinə
düçar olur. Ona deyilir ki, tək səndəlli bir şəxs onu taxt-tacından
məhrum edəcəkdir. Belə bir adam Peliasın yaxın qohumu Eson oğlu
Yason olur. O Peliasın torpaqlarına dənizdən gəlir və gəmidən
düşəndə səndəlinin biri sahil qumuna batır və Yason kralın
qarşısına tək səndəllə gedəsi olur. Pelias Yasonun düşmanı olduğunu
anlayır və Onu məhv etmək üçün çətin və təhlükəli bir tapşırığı
yerinə yetirməyə göndərir –Yason Kolxidaya getməli və Kral Eetdən
Qızıl qoç dərisini gətirməlidir. Yason bunun üçün igidləri
səsləyərək bir dəstə təşkil edir. İgidlər arasında Herakl da
var.
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay
Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat
18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir