Verilişlər
"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Antiqona birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 11-ci buraxılışında Sofoklun Antiqona faciəsindən bəhs olunur. Antiqona mahiyyət etibarı ilə Kral Edip üçlüyünün (trilogiyasının) sonuncu hissəsidir (“Kral Edip”, “Edip Kolonosda” və “ Antiqona ”).

Kral Edip gözlərini öz əlləri ilə çıxartıqdan sonra Fiv şəhərini tərk etdi və onun yanı ilə qızı Antiqona da saraydan uzaqlaşmışdır. Kral Edipi Anrtiqona ilə birlikdə biz artıq “Edip Kolonosda” əsərində görürük. Həmin əsərdə bu faciədən sonra Kral Edip hikmət sahibi olur və əsərin sonunda ölür. Təbii ki, Antiqona yenidən Fiv şəhərinə qayıdır. Hər halda “Antiqona” əsərində biz Antiqonanı Fivdə görürük.

Miflərə görə, Edipin yanı ilə yalnız Antiqona deyil, bacısı İsmene də getmişdir. Ancaq Sofoklun əsərində İsmene sarayda qalır. Edipin qızlardan savayı iki oğlu da vardı – Polinikes və Eteokl. Oğlanlar bir növ atalarından imtina edirlər və Edip bundan çox narahatdır.

Bilavasitə “Antiqona” haqqında danışmazdan əvvəl Esxilin “Fiv əleyhinə yeddi adam” əsərinə müraciət etməli oluruq. Esxilin həmin əsərindən məlum olur ki, Polinikeslə Eteokl böyüyərək krallıq həddinə gəlirlər. Onlar balaca olduqda isə şəhərə Kreon regentlik edirdi. Qardaşlar qərara gəlirlər ki, növbə ilə şahlıq etsinlər. Püşk atırlar və bir il şah olmaq haqqı kiçik qardaş Eteokla çatır. Bir ildən sonra Polinikesin növbəsi yetişdikdə Eteokl taxtı ona güzəşt getmir.

İncik düşmüş Polinikes Arqos şahı Adrastosa müraciət edir. Adrastos onu qızı ilə evləndirərək beş sərkədəni Fivə qarşı koalisiyaya səsləyir. Həmin sərkərdələr bunlardır – Kapaney, Hipomedon, Amfiaros, Parfenidos və Tidey. Tidey İliadada nəql olunan Troya müharibəsindəki məhşur igid Diomedin atasıdır. Fiv şəhəri surları qarşısında müttəfiqlərin qoşunu məğlub olur. Faciənin ən acı yeri odur ki, hər iki qardaş bir-birini öldürür. Kreonun əmri ilə qardaşlardan biri –Eteokl qəhrəman kimi dəfn olunur, Polinikes isə bir xain kimi dəfn olunmamalıdır. Antiqona bu qərara qarşı çıxır və faciə də məhz burdan başlayır. Ancaq bunun haqqında “ Antiqona 2-ci gediş” hissəsində bəhs olunur.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Bu
gün
Bu gün "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı Rübabə Muxtarova oldu.
"Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı Gürcüstan Texniki Universitetinin 4-cü kurs tələbəsi Dürdanə Xudiyeva oldu.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün
Məmmədxanova dinləyicilərə Azərbaycanda və Şərqdə ilk feminizm,
qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını
qoymuş ictimai xadim Cəlil Məmmədquluzadə haqqında
danışdı.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim Cəlil Məmmədquluzadə haqqında danışdı.
Bu
gün,
Bu gün, "Marneuli" radiosunun canlı efirində yayımlanan, "Sizin maraq dairəniz" verilişinin qonağı QHT nümayəndəsi Səbinə Talıbova oldu.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün
Məmmədxanova dinləyicilərə tarixdə
Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə tarixdə "Holokost" kimi daxil olan Almaniyanın faşizm dövründə baş verən yəhudi qətliamı haqqında danışdı.
Bu
gün,
Bu gün, "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı, Gürcüstan Parlamenti tərəfindən təşkil olunan Təcrübə proqramının Marneulili rəhbəri Təmkin Nağıyev oldu.
Bu
gün
Bu gün "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı müğənni Şaban Məmmədov oldu.
Bu
gün, Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova
dinləyicilərə ən böyük hədəfi 15-20 il ərzində Marsa insan
göndərmək və orada münasib həyat şəraiti yaratmaq olan, bəşəriyyət
tarixi boyu çox müxtəlif sahələrdə köklü və inqilabi dəyişikliklər
edən
Bu gün, Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə ən böyük hədəfi 15-20 il ərzində Marsa insan göndərmək və orada münasib həyat şəraiti yaratmaq olan, bəşəriyyət tarixi boyu çox müxtəlif sahələrdə köklü və inqilabi dəyişikliklər edən "Elon Mask" haqqında danışdı.