Karantində anadan olan uşaqlar – “Marneuli” radiosunun
jurnalisti və redaktoru Aynurə Əliyeva komendant saatında ikinci
dəfə ana oldu.
Ənənəvi olaraq doğum evinin ətrafında təntənəli olaraq kiçik bir
şəkil çəkdirmək ağıllarına belə gəlməyib. Təhlükəsizliyi
qorumaq üçün onlara doğum evini daha tez tərk etməyi
tapşırıblar.
Aynurə Əliyeva bloqunu “Pəncərə” platforması üçün yazıb və
orada doğum evində keçirdiyi günləri təsvir edib.
"112-yə zəng vurdum və elə gəldim ki, yolda
cərimələməsinlər. Saat 11 idi. Qaydaları pozmuş
olacaqdım"- üçüncü çarpayıdan ikinci oğlunu dünyaya
gətirən qadın deyir.
"Hə, yaxşı edibsən. Komendant saatıdır, nə bilirsən nə
baş verəcək", - digər yeni doğulmuş oğlanın anası
deyir.
Xəstəxana yeni analar və yeni doğulmuş körpələrlə doludur.
Mənə ikinci balınc verə bilərsiniz? - Qoridən gələn və 13 ildən
sonra İohaneni dünyaya gətirən qadın tibv bacısına səslənir.
Yalnız bir boş çarpayımız qalıb, başqa yeni adam gəlsə balıncı geri
aparacam.
Bütün gecəni körpələrin səsi eşidilir. Bəzisi ağlayır,bəzisi acıb.
Analar dəhlizdə dolaşır. Virusa görə atalara məhdudiyyət qoyulub.
Onlar övladlarını yalnız evə aparan zaman görə bilərlər. Ona qədər
isə bütün analar telefonla körpələrini distnat şəkildə atası və
yaxınları ilə tanış etməyə çalışırlar.
Bayırda qaranlıq və sükutdur. Sanki bu qədər şəhərdə heç kim
yaşamır. Dünyada, eləcə də ölkədə necə də gərgin vəziyyətdir.
Otaqda televizor da var.
- Televizoru qurun baxaq viruda yoluxma halı artıbmı.
- Yox, yox xahiş edirəm qurma. Pis xatirlərə dalıram və bu mövzuda
xəbərləri dinləməkdən artıq yoruldum - analar arasında söhbət
gedir.
Xəstəxanada lə isti mümasibət heyət çalışır ki, çalışırlar öz kiçik
zarafatları ilə başqalarının əhvalını da yüksəltsinlər.
Tibb bacısı içəri daxil olur. Yeni doğulmuş körpələrin dinləməsini
yoxlamalıdır.
Əla, hamı necə də yaxşı eşidir. Heç bir problem yoxdur . Yəqin
uşaqlar mövcud olan vəziyyətdən və karantin dövründə dünyaya
gəlməklərindın danışırlarmış, ona görə hamısı yaxşı eşidir - tibb
bacısı hamımızı, karantin analarını güldürür.
Son zaman ərzində nə çox adam dünyasını dəyişib. Buna baxmayaraq nə
qədər yeni insan doğulur. Bu reallığı heç bir virus dəyişdirə
bilməz. Bu körpələrin isə hər birinin isə öz hekayəsi olacaq. Yəüin
böyüyəndə analarından dinlədikləri hekayəni başqalarına
danışacaqlar. Necə də çətin, riskli dövrdə, yollarda qurulan
yoxlayış məntəqələrini və sükuta qərq olmuş küçələri keçərək
karantin övladları dünyaya gəlib.
Otaqdan evə elə göndərirlər ki, başqaları ilə vidalaşa da
bilmirsən. Qəbul otağında geyimini dəyişirsən, körpəni verirlər və
gedirsən.
"Qarantin elan olunan gün növbətçi idim. Uzaqdan piyada
gəlməli oldum. Həmin gündən yaxşı yeriyə bilmirəm. Məsuliyyətli
olmaq da belədir", - yaşlı qadın deyir və yeni
çarpayını yeni körpənin gəlişi üçün hazırlayır"...
Foto internetdən
götrülüb