Kutaisidə, yaşayış korpusunda partlayış baş verib
Kutaisidə, yaşayış korpusunda partlayış nəticəsində yaranan yanğında 7 nəfər xəsarət alıb. Yanğın Avtomşenebeli prospektində, yaşayış korpusunun 2-ci mərtəbəsində baş verib. Yanğını söndürmə üçün 30-a qədər yanğınsöndürən-xilasedici və 10-a qədər texnika səfərbər olunub.

Fövqəladə Halların İdarəsi Agentliyindən İPN-ə verilən məlumata görə, baş verən hadisə nəticəsində 7 nəfər xəsarət alıb və təcili tibbi yardım qrupu onları xəstəxanaya yerləşdirib.

“DİN-nin təxirə salınmaz yardım üçün operativ mərkəzi, 112-yə mesaj daxil oldu ki, Kutaisidə Avtomşenebeli prospektində yaşayış binalarından birinin 2-ci mərtəbəsində güman ki, partlayış olub və daha sonra yanğın baş verib. Mesajı alan kimi hadisə yerinə dərhal Fövqəladə Halların İdarəsi Agentliyinin yanğınsöndürən-xilasediciləri gediblər. Eləcə də polis ekipajları və təcili yardım xidməti də hadisə yerində olub. Hazırda yanğın söndürülüb.

Baş verən yanğın nəticəsində 7 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Polis faktla bağlı istintaqa artıq başlayıb”
- Fövqəladə Halların İdarəsi Agentliyinin məlumatında deyilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər