Xram çayında 22 yaşlarında gənc oğlan boğularaq dünyasını dəyişib
Marneuli bələdiyyəsinin Kosalı kəndində 22
yaşlarında gənc oğlan çayda boğularaq dünyasını
dəyişib.
Bu
haqda məlumatı Kəpənəkci inzibati ərazi vahidliyinin nümayəndəsi
Asif Yüzbaşov verdi.
Onun sözlərinə görə, hadisə 25 iyun tarixində saat 16:30
radələrində baş verib və dünyasını dəyişən ailənin tək övladı olub.
Yüzbaşov onu da bildirdi ki, mərhum bir neçə nəfər azyaşlı ilə
birlikdə çimmək üçün Xram çayına gediblərmiş və onlar çimən zaman
çayda olan dərin yerə düşüblər. Hadisə yerində olan mərhumun əmisi
oğlu çayda boğulmaq təhlükəsi ilə üzləşən azyaşlıları xilas edə
bilib. Amma öz əmisi oğlunu xilas edə bilməyib.
Yüzbaşov onu da əlavə etdi ki, hadisə yerinə polis və ekspertiza
gəlib. Cənazə Rustavi tibbi ekspertiza mərkəzinə aparılıb və
hal-hazırda cənazə ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi
ilə istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı
nəzərdə tutur.