“Dezinformasiyanın təsiri və media marifləndirmə” – Marneulililər üçün təlim
28 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Dezinformasiyanın təsiri və media maarifləndirmə” mövzusunda təlim keçiriləcək.

Təlimin məqsədi dezinformasiya formaları və yolları, media maarifləndirmə problemləri haqqında biliklərin artırılması və iştirakçıların dezinformasiya, saxta xəbərlər və təbliğatın müəyyənləşdirilməsi istiqamətində bacarıqlarının inkişafıdır.

Təlimlərdə mülki təşkilatların nümayəndələri, müəllimlər, tələbələr, jurnalistlər və başqa maraqlanan şəxslər iştirak edə bilər.

Təlim iki hissədən ibarət olacaq. İkinci hissə bu mövzuda qrant proqramlarının təqdimatına həsr olunacaq. İştirakçıların kiçik layihələr təqdim etmək imkanları da olacaq. Qrant müsabiqəsində qalib gəlmiş iştirakçılar 400 avro həcmində maliyyə əldə edəcəklər.

Təlim Gürcüstan Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı və Lietuva (Litva) səfirliyinin dəstəyi ilə keçirilir.

Qeyd olunan mövzuda təlimlər Marneulidən başqa Rustavidə, Axaltsixedə, Kutaisidə və Batumidə də keçiriləcək.

Təlimlərlə bağlı ətraflı məlumatı buradan ala bilərsiniz. Linkə daxil olun!

Print Email
FaceBook Twitter Google