Kvemo Kartlidə iribuynuzlu mal-qaranın oğurlanması ilə bağlı üç nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Tetricğaro Rayon İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qaranın oğurlanmasında şübhəli bilinən 3 nəfəri - 1984-cü il təvəllüdlü V.M., 1998-ci il anadan olmuş Q.M.-i və 1995-ci il təvəllüdlü N.K.-i saxlayıb.

İstintaqla müəyyən edilib ki, onlardan biri V.M. Kumisi gölü yaxınlığında yerləşən gölün ətraf ərazisindən iribuynuzlu mal-qara oğurlayıb. Hüquqmühafizəçiləri oğurlanan mal-qaranı tez bir zamanda aşkar ediblər və sahibinə qaytarıblar.

Digər 2 nəfər Q.M. və N.K. isə polis oğurlanan mal-qaranı mikroavtobusla Tslaka-Tetricğaro avtomobil yolunda aparan zaman saxlayıb.

Oğurluq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aprılır. Həmin cinayət 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google