Sarpda bəyan edilməmiş qızıl və gümüş məmulatları aşkarlanıb
“Sarp” gömrük buraxılış məntəqəsində bəyan edilməmiş qızıl və gümüş məmulatlarının ölkə sərhədindən qeyri-qanuni şəkildə keçirilməsinə cəhdlə bağlı 2 fakt qeydə alınıb. Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük məmurları şübhə əsasında Azərbaycan vətəndaşı Q.İ və Z.H.-nın üzərinə və əl çantasına baxış keçirən zaman ümumilikdə 7 703,194 lari dəyərində bəyan edilməmiş qızıl (91.27 qram) və gümüş (5.68 qram) məmulatları aşkar ediblər.

Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə əsasən qanunu pozan vətəndaşlar ümumilikdə 7 703,194 lari həcmində cərimə olunublar.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər