Gürcüstan ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqlara başlayır
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Nazirliyin nümayəndə heyəti ilə ABŞ-a yola düşdü. Burada iki aparıcı aviaşirkət ilə danışıqlar olacaq.

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, nazir “Delta AirLines”-və “United airlines” şirkətinin nümayəndələri ilə görüşəcək və onlara Gürcüstan barəsində ətraflı məlumat təqdim edəcək.

Natia Turnava ABŞ ilə birbaşa aviareyslər barəsində danışıqlara başlanılması haqqında hələ cari ilin avqustunda bəyan etmişdi.

Səfərin təşkil olunmasında İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə birgə ABŞ-ın Gürcüstandakı Səfirliyi də iştirak edib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər