Müəllim olmaq istəyənlərin 74%-i fənn imtahanlarından keçməyib
2019-cu ilin pedaqoqların ixtisas imtahanında müəllimlik arzusunda olan 10 000 nəfərə qədər qeydiyyatdan keçib. Ancaq məlum olub ki, onların 74% minimal həddi aşa bilməyib. Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini İrina Abuladzenin bildirdiyinə görə, imtahanda cəmi 8000-ə qədər adam iştirak edib.

“Maraqlı göstəricilərdir, pedaqoqların ixtisas imtahanında müəllim və müəllimlik istəyi olanların böyük faiz göstəricisi qeydə alındı. İlk dəfə idi ki, 10 minə qədər müəllim istəyi olan qeydiyyatdan keçmişdi. İmtahanı 8000 nəfər verdi və onların 26% 10 kredit balı toplayıb. Bu deməkdir ki, imtahandan uğurla keçiblər”, – İrina Abuladze bildirir.

Qiymətləndirmə və Milli İmtahan Mərkəzinin məlumatına görə, bu il müəllimlik səlahiyyətini təsdiq etmək üçün imtahana təxminən 31 500 namizəd qeydiyyatdan keçib və onun 10 000 nəfəri müəllim olmaq istəyənlər, 20 000-dəna artığı isə təcrübəçi müəllim idi.

Çalışan müəllimlərin bir hissəsi, yəni təcrübəçi müəllimlər bu statusu dəyişmək üçün yalnız bir neçə kredit balı toplamalı idilər və onlar üçün minimal həddi aşmaq vacib deyildi. Müəllim olmaq istəyənlər isə mütləq keçid balını aşmalı idilər. Onlar 10 kredit balı və müvafiq müəllimlik sertifikatı alacaqlar.

Mənbə: edu.aris.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər