Mamuka Xazaradzenin ictimai hərəkatının adı “Lelo” olacaq (VİDEO)
Mamuka Xazaradzenin ictimai hərəkatının adı “Lelo” olacaq.

Bu barədə məlumatı yeni təşkilatın təsisçisi Mamuka Xazaradze bugün Anakliada keçirilən təqdimatda verib.

Mamuka Xazaradze təqdimatda Qalaktion Tabidzenin “Mənim doğma vətənim” şerini oxuyub.

Xazaradze həmçinin, Anaklianın və yeni hərəkatının təqdimatının məhz orada keçirilməsinin əhəmiyyəti haqqında danışıb.

“Biz bugün Anakliadayıq, bizi abxaz qardaş-bacılarımızdan ayrı salan xəttin yanında... Bura Avropaya ən yaxın olan nöqtədir. Bu yerdə Gürcüstan üçün çox mühüm bir məntəqə yaradılmalıdır.

Məhz bu yerdə, yüzlərlə iş yerinin açılacağı, nəhəng layihə həyata keçiriləcək. Bu layihə ilə Gürcüstanın dünya xəritəsində xüsusi yeri olacaq və biz bu layihəyə öz töhfəmizi verəcəyik. Buradan bizim Avropaya doğru gedən vektorumuz təsdiqlənəcək”
–Mamuka Xazaradze deyib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər