İrakli Qaribaşvili gürcü sülhməramlıları ilə görüşmək üçün Əfqanıstana gedir
Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili gürcü sülhməramlıları ilə görüşmək üçün Əfqanıstana gedir.

Müdafiə naziri bu barədə məlumatı Əfqanıstan və Afrika qitəsində dislokasiya olunmuş gürcü sülhməramlıları ilə telekörpü vasitəsi ilə söhbəti zamanı verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Gürcü sülhməramlıları İrakli Qaribaşvilini Müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik ediblər və ona müvəffəqiyyətlər arzulayıblar.

Telekörpü vasitəsi ilə söhbəti zamanı Müdafiə naziri əsgərlərə deyib ki, onlara hər zaman dəstək verəcək və hər bir əsgərin dostu olacaq.

Müdafiə naziri bildirib ki, əsgərlərin sosial vəziyyətlərinin daha yaxşı olması üçün əlindən gələni edəcək.

İrakli Qaribaşvili həmçinin, bəyan edib ki, o Əfqanıstana gedib, oradakı gürcü əsgərlərinin şəraitləri ilə şəxsən tanış olacaq.

Gürcüstanın Müdafiə naziri beynəlxalq təhlükəsizliyin təmin edilməsində gürcü sülhməramlılarının böyük rolu və xarici tərəfdaşlar tərəfindən onlara müsbət dəyər verilməsi barəsində də söz açıb.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər