Marneulili müəllimlər NATO haqqında məlumatlandırma ilə bağlı görüşdə iştirak ediblər

Bu gün, 13 sentyabrda Marneuli ictimai məktəblərinin müəllimləri ilə görüş keçirilib.

Görüşü NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzinin Kvemo Kartli üzrə nümayəndəsi Temur Suğaşvili və dəvət olunmuş ekspert, Gürcüstanın Xarici İşlər Nazirliyinin NATO-ya İnteqrasiya Departamentinin direktoru Davit Nardaia keçiriblər.

Tədbirdə ABŞ-ın Dövlət Departamenti və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzinə verilmiş qrant çərçivəsində həyata keçirilən “Qərb İnteqrasiyası prosesi haqqında məlumatlandırma və regionlarda iştirakın artırılması” layihəsi haqqında söhbət aparılıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzinin direktoru Tamar Dzuleiskiri “Marneuli” radiosu ilə söhbətində deyir ki, müəllimlərlə keçirilən bugünkü görüş mühümdür, çünki məhz pedaqoqun məlumatlandırma baxımından böyük rolu var.

“Vacib seqmentdir və biz ona görə əməkdaşlıq edirik ki, bunlar məlumatın daha geniş kütləyə yayılmasını həyata keçirən adamlardır. Bu gün biz Gürcüstan və NATO münasibətlərindən, bu prosesdə olan problemlərdən və uğurlardan danışırıq”, – Tamar Dzuleiskiri deyir və pedaqoqlara əlavə görüş haqqında anons verir.

Marneuli meri Zaur Darğallı da görüşdə iştirak edirdi və o, bildirdi ki, Avro-Atlantika istiqaməti bizim ölkənin prioritet istiqamətidir və əhali arasında Avro-Atlantika siyasətinin gətirdiyi nəticələrlə bağlı maksimum dərəcədə məlumat yaymaq vacibdir.

Görüşdə Marneulili pedaqoqlarda biri, Qiorqi Çauçidze iştirak edirdi.

“Sevinirəm ki, NATO və Avropa İttifaqı haqqında Məlumat Mərkəzi bizim üçün görüş keçirir. Bu əhalinin məlumatlanmasına və Gürcüstanın dövlət kimi bu istiqamətdə olan məqsəd və ideyalarına dəstək olur ki, biz tez bir zamanda təşkilatın üzvü olaq” – Qiorqi Çauçidze deyir.

Qeyd edilməlidir ki, 18 aylıq layihə çərçivəsində Regional Məlumat Mərkəzi Büroları gücləndiriləcək və genişləndiriləcək. Mərkəzə 5 yeni regional büro əlavə olunacaq və Avropa və Avro-Atlantikaya inteqrasiya məsələləri ilə bağlı ölkə miqyasında 12 regional nümayəndəlik fəaliyyətinə davam edir. Layihənin ikinci komponenti regional media təşkilatları vasitəsilə Gürcüstanın regionlarında qeyd olunan mövzuların fəal işıqlandırmasını nəzərdə tutur.

 

 

Print Email
FaceBook Twitter Google