14 sentyabr üçün ulduz falı
14
Sentyabr 2019-cu il, ulduz falı. İşdə ciddi uğurlar
qazanacaqsınız
Qoç - İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların
axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün
ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var.
Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli
şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala
bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl
atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam
səhhətiniz pisləşə bilər.
Buğa - Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan,
birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən
asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların
rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız
tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət
edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları
ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri
məbləğdə pul ala bilərsiniz.
Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət
yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən
məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq
siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət
edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür.
İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri
alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi
dəstəkləməyə hazırdırlar.
Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür,
bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma
eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni,
irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət
deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan
deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız
yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq
istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.
Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin
öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq,
amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət
və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi
zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa
bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə
saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.
Qız - Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və
soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün
çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın
öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri
gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli
olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız
büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən
qaçmaq olar.
Tərəzi - Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz
qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir
ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan deyil. Bu isə
sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və
həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da
ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi
yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox
vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.
Əqrəb - Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl
xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq
keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit
əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və
onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ
bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə
yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan
sözlərlə başınıza iş aça bilərsiniz.
Oxatan - Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür.
Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa,
bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə
də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq.
Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə
yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün
imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə"
meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı
elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola
bilər.
Oğlaq - Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri
aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün
qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və
maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri
günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi
çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.
Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə
güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və
çox zaman layiqsiz adamları seçirlər.
Dolça - Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var.
Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim
etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş
verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və
düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə
aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə,
etinasızlıqda günahlandıra bilərlər.
Balıqlar - Sakit gündür, əvvəllər başladığınız işləri bitirə
bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox
müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız,
özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə
səhvlərə yol açır. İkili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı
şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif
edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə
çalışın. Alkoqoldan uzaq durun.