6 ay ərzində 219 nəfər intihara cəhd edib, 207 nəfər isə intiharla həyatına son qoyub

“2018-ci ildə 389 intihar və 477 intihara cəhd faktı qeydə alınıb. 2019-cu ilin 6 ayı ərzində isə 219 nəfər intihara cəhd edib, 207 nəfər isə intiharla həyatına son qoyub”, – bu haqda Xalq Müdafiəçisi Nino Lomcaria jurnalistlərlə söhbəti zamanı bildirib.



Lomcarianın bəyanatına görə, psixi səhiyyə Gürcüstanda ən problemli sahələrdən biridir və “buna baxmayraq dövlət etiraf edib ki, intiharın qarşısını almaq üçün proqram hazırlamalıdır, bizim ölkədə belə proqram yoxdur”.

Xalq Müdafiəçisi qeyd edib ki, psixi problemlər çox hallarda psixotrop maddələrin təsirindən yaranır.

“Təəssüf ki, psixi səhiyyə məsələləri yalnız müəyyən faciəvi hadisələr, bədən xəsarətləri, yaxud daha ağır hallar baş verən zaman yadımıza düşür. Psixi səhiyyə sahəsində, müəyyən qədər, son illərdə büdcə maliyyəsi artırılır, amma əsasən bu məbləğlər infrastruktur və bərpa işlərinə istiqamətlənir. Müəyyən stasionar-psixi müəssisələrdə həqiqətən də vəziyyət yaxşılaşıb, ancaq bu sahədəki mövcud problemlərlə müqayisədə çox azdır.

İlk növbədə biz uzun zamandır ki, icmaya əsaslanan xidmətlərə keçməyi tələb edirik, təəssüf ki, bizim uzunmüddətli müalicə üçün nəzərdə tutulmuş xidmətlərimiz var və xəstələr orada bütün həyatı boyu yaşayırlar. Onların müstəqil yaşam üçün bacarıqları yoxdur, qeyd olunan müəssisələrini tərk edə bilmirlər və ailələri də onları qəbul etməkdən imtina edir. Bundan əlavə psixi və səhiyyə problemlərinin erkən mərhələdə müəyyənləşdirilməsi və müalicəsi problemlidir. Keçən il xəstəxanaya yerləşdirildikdən sonra xəstələrin 37% müalicəni davam etdirib. Bu dövlət tərəfindən az diqqət ayrılan sahədir”,
– Xalq Müdafiəçisi bildirib.

Onun sözlərinə görə, çox hallarda psixi problemlər psixotrop maddələrin təsirindən baş verir və belə hallarda dövlətdə narkoloji və ya psixi müəssisələr arasında düzgün koordinasiya yoxdur.

“Çox hallarda psixi problemlər vaxtında və müvafiq müalicə aparılmadığına görə inkişaf edir. Bir tərəfdən narkoloji müəssisələrdə müvafiq şərait yoxdur ki, psixi baxımdan müalicə olsunlar, psixi müəssisələrdə isə narkoloji xəstələrin idarə olunma imkanları yoxdur”,
–Lomcaria deyir.

10 oktyabrda dünya psixi sağlamlıq günü qeyd olunur. Bu il beynəlxalq psixi sağlamlıq günü intiharın qarşısının alınmasına həsr olunub.

Mənbə: İnterPressNews

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər