“Dünya aclıq indeksi 2019” yayımlanıb - Gürcüstan 39-cu yerdədir
“Dünya aclıq indeksi 2019” yayımlanıb. Bu Concern Worldwide və Welthungerhilfe təşkilatlarının birgə hazırladığı 14-cü illik hesabatdır. “Dünya aclıq indeksinin” məqsədi geniş miqyasda aclıq problemlərinin qlobal, regional və milli səviyyələrdə araşdırılmasıdır. İndeksin məqsədi xüsusilə ciddi aclıq problemi olan ölkələrdə, aclıqla bağlı olan problemlərə diqqət ayrılmasıdır.

“Dünya aclıq indeksinin” bu ilə olan hesabatına görə klimat dəyişiklikləri təhlükəli miqyasda artır və dünyanın ən problemli regionlarının ərzaqla təminatını yerlə yeksan edir.

İndeksdə 117 ölkə haqqında məlumat verilib. “Dünya aclıq indeksi 2019”-a əsasən 2000-ci ildən sonra bu ölkələrdə aclıq göstəricisi və tendensiyalar tərəqqini göstərir. Amma hesabatın müəllifinin sözlərinə görə, dünya aclığı sıfır dərəcəyə endirmək üçün, dünya liderlərinin razılaşdığına görə 2030-cu ilə qədər hələ uzun yol keçməli olacaq.

İndeksə əsasən 47 ölkədə aclıq səviyyəsi “ciddi” yaxud “təlaşlıdır”. Bir ölkədə - Mərkəzi Afrika Respublikasında vəziyyət “son dərəcə təlaşlıdır”.

“Dünya aclıq indeksi 2019”- da Gürcüstan 39-cu yeri tutur. Gürcüstandan daha yaxşı vəziyyətdə olan ölkələr Qırğızıstan, İran, Ermənistan, Azərbaycan, Serbiya, Rusiyadır. Keçmiş sovet respublikalarından ən yaxşı göstərici Ukrayna və Belorusiyada qeydə alınıb.

Mənbə: www.radiotavisupleba.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər