Xaşuri xəstəxanasında ana və yeni doğulan uşağı dünyasını dəyişib
Xaşuri Referal Xəstəxanasında 40 yaşlı qadın və onun yeni doğulan uşağı dünyasını dəyişib.

Qadın xəstəxanaya dünən saat 10-da aparılmışdı.

Ölən qadının yaxınları həkimi günahlandırırlar. Onlar bəyan edirlər ki, əvvəlcədən onlar keysar əməliyyatını tələb edirdilər.

Xaşuri Referal Klinikasından Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, klinikanın qərarı ilə, doğum əməliyyatını edən həkimin fəaliyyəti statusu artıq dayandırılıb.

Klinikanın rəhbəri Kaxa Xeladze həkim tərəfindən buraxılan səhvdən bəhs edir.

“Faciəli fakt baş verdi. Daxili yoxlanışdan başqa, məsələyə Səhiyyə Nazirliyinin requlyasiya xidməti də qoşulub. Müəyyən mərhələdə səhvə yol verildiyi ehtimal olunur. Hazırda klinika əməliyyat edən həkimin fəaliyyəti statusu artıq dayandırıb. Ölüm faktının dəqiq səbəbini istintaq müəyyən edəcək”, – dedi Kaxa Xeladze.

Ölən qadının dörd uşağı varimiş.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər