Kaxa Kaladze – Seçki sistemi ilə bağlı hər hansı yeni təşəbbüsü müzakirə etməyi düşünmürük
“Seçkilərə bir ildən az qalıb. Müvafiq olaraq, seçki sistemi ilə bağlı hər hansı yeni təşəbbüsü müzakirə etməyi düşünmürük”, – “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, seçkilər hazırda qüvvədə olan Konstitusiya ilə müəyyən olunmuş qaydada, müəyyən olunmuş vaxtda, yüksək demokratik standart və beynəlxalq ictimaiyyətin yüksək səviyyədə iştirakı ilə keçiriləcək.

“Rəqiblərimizi seçkilərə hazırlaşmağa çağırıram. Xalqın dəstəyinin olmamasına görə seçki sistemini günahlandırmasınlar. Aydındır ki, bütün seçki sistemlərinin özünün müsbət və mənfi tərəfləri var. Lakin hər iki seçki sistemi legitim və demokratikdir. 2020-ci ildə seçkilər son 30 ildə olduğu kimi qarışıq sistemlə keçiriləcək. Xatırladıram ki, 2012-ci ildə biz zorakılıq və amansızlığı ilə seçilən və siyasi proseslərlə bağlı bütün institutlara və alətlərə tam nəzarət edən rejimi məhz bu sistemlə dəyişdik”, – Kaxa Kaladze deyib.

O, qeyd edib ki, hakim partiya yaranmış vəziyyətə görə maksimum səbir göstərəcək.

“Lakin açıq şəkildə demək istəyirəm ki, destruktivlik davam etdiyi təqdirdə hakimiyyət müvafiq reaksiya göstərəcək”, – baş katib bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər