Futbolun İnkişaf Fondu xərclənən vəsaiti açıqlayıb
Gürcüstan Futbolunun İnkişaf Fondu 2019-cu ildə xərclənən vəsaitin böyük hissəsini uşaq futbolunun inkişafına sərf edib – bu haqda fondun rəsmi səhifəsində yayımlanan məlumatda qeyd olunub.

Hesabata əsasən 2019-cu ildə fondun və Futbol Federasiyasının birgə layihəsinə, tədris, kütləvi və uşaq futbolunun inkişafına 3, 035, 152 lari xərclənib.

Tədris layihələrinin maliyyələşdirilməsi üçün 224,670 lari ayrılıb, kütləvi futbolun inkişafı üçün 900,000, uşaq futbolu üçün – 1,91 milyon xərclənib. Vəsaitin böyük hissəsi, 1,12 milyon lari 92 futbol məktəbinə texniki yardım üçün köçürülüb. Bundan əlavə məktəblərə lisenziya verilməsindən sonra dörd seçilmiş futbol akademiyasına inkişaf və infrastrukturun qaydaya salınması üçün 480,000 lari köçürülüb.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər