Müxalifətin ümumi reytinqi "Gürcü arzusunun" reytinqindən yüksəkdir - NDİ
Sabah parlament seçkiləri keçirilərsə, “Gürcü arzusu” səslərin 20 faizini toplayardı, müxalifət isə ümumilikdə 38% səs yığardı. Bu haqda NDİ-ın apardığı araşdırmada bildirilir.

NDİ-ın bəyanatına görə, araşdırma yeni metodla aparılıb. Respondentlərə planşet verilib və onlar müstəqil şəkildə cavabları nişanlayıblar.
Həmin araşdırmaya görə VMH-ın reytinqi 13 faizdir, Avropalı Gürcüstan/Azad Demokratlar – 8%, Leyboristlər – 5%, Vətənpərvərlər Alyansı – 4%, Yeni Gürcüstan – 3%, Müstəqil Hərəkat – 3%, Qirçi isə 2%-reytinq qazanıb.

Sentyabrda yayımlanan NDİ-ın araşdırmasında “Gürcü arzusunun” reytinqi (20%) idi və bu nəticə dəyişməyib, ancaq VMH-ın və Avropalı Gürcüstanın dəstəyi artıb. Sentyabrda VMH-ın reytinqi 9%, Avropalı Gürcüstanın isə 4% idi.



Respondentlərin 26%-i deyir ki, kimə səs verəcəyini bilmir, 19% heç bir partiyaya səs verməyəcəyini qeyd edib, VMH-9% səs verərdi, 9% isə cavabdan imtina edib, 4% Vətənpərvərlər Alyansına, 4% Avropalı Gürcüstana səs verərdi.

Qeyd etmək lazımdır ki, araşdırmaya “Lelo” hərəkatı düşməyib. NDİ-ın açıqlamasına görə, partiyaların siyahısında ötən araşdırmada ən az 1% səsə toplamış partiyaları yer alıb.

Araşdırmada eləcə də köhnə və yeni metodlar arasındakı analiz müqayisəsinə də yer verilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər