"Gəlin finalı gözləyək" - Qaxaria vəzifəsini tərk etməsi ilə bağlı
“Gəlin finalı gözləyək. Tələsməyin, finalı gözləyək və görəcəyik”, - Baş nazir Qiorqi Qaxaria vəzifəsini tərk edib etməməsi ilə bağlı jurnalistlərin sualına belə cavab verib.

Qaxaria bu məsələ ilə bağlı əlavə şərh verməyib.

“Siz elə vurğulayaraq soruşursunuz? Final seriyasını gözləyin”, - Qaxaria jurnalistlərə deyib.

“Pirveli” teleşitkərinin məlumatına görə, hökumətdə dəyişikliklər planlaşdırılır və nəticədə Baş nazir Qiorqi Qaxaria vəzifəsini tərk edəcək.
“Pirveli” bu haqda İnfrastruktur naziri Maia Tsikitişviliyə bu haqda sual verib və o, bildirib ki, bu “qeyri-adekvatik sualdır”. Qeyd olunan məlumatı Xarici İşlər naziri Davit Zalkaliani də inkar edib.

İqtisadiyyat naziri Natia Turnava isə jurnalistlərin sualına belə cavab verib:

“Ha, ha, ha... siz Tv Pirvelisiniz. Məncə sizin televiziya 3-4 ay bundan əvvəl mənim istefa verdiyimi qeyd etmişdiniz. O, necə həqiqət oldusa bu da elə olacaq. Qeyri-ciddidir”.

Qiorqi Qaxaria 2019-cu ilin sentyabrında Daxili İşlər naziri vəzifəsini tutub. Mülki fəallar və müxalifət 20-21 iyun aksiyalarına görə onun istefasını tələb edirlər, ancaq 8 sentyabrda onu Baş nazir olaraq təyin edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər