Ulduz falı - Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla yadda qalacaq
25
Yanvar 2020-cu il
Qoç - Çox uğurlu gündür. Döyüş əhval-ruhiyyəsindəsiniz. Odur ki,
düşmənlərinizə yalnız acımaq olar. Bürcün nümayəndələri bu gün
müxtəlif vəzifələrin öhdəsindən gələcək, peşəkarlıq nümayiş
etdirəcək və ən çətin işlərdə uğur qazanacaqlar. Biznesmen Qoçlar
işlərini genişləndirə bilərlər.
Buğa - Amma bunu etiraf etmək istəyi yoxdur. Çoxları gündəlik
məsələləri unudaraq düşünmədən tamamilə perspektivsiz işlərə
girişəcəklər. İş yerini dəyişmək tövsiyə olunmur. Maliyyə
çətinlikləri mümkündür.
Əkizlər - Ünsiyyət dairəsini genişləndirmək istəyi çox güclüdür.
Əkizlər yeni tanışlıqlara can atacaqlar. Bürcün tənha nümayəndələri
düşünülməmiş hərəkətlə yol verə, hissə qapıla bilərlər. Artıq
"yarısı"nı tapanlar isə nəfslərinə sahib çıxacaqlar.
Xərçəng - Bu gün yalan ümidlər, tamamilə əsassız illüziyalarla
yadda qalacaq. Başınıza gələn ideyalar ilk baxışdan gözəl
görünsələr də, onları reallaşdırmaq ya çox çətin, ya da
qeyri-mümkündür.
Şir - Gün işlərdə əhəmiyyətli irəliləyiş vəd edir. Düzgün qərarlar
verə, irəliləməyə mane olan tələlərdən yayına, səhvsiz hərəkət edə
biləcəksiniz. Rəhbərliklə söhbətlər yaxşı keçəcək. Nüfuzlu
şəxslərlə görüş üçün əlverişli gündür. İş adamları fəaliyyət
dairələrini genişləndirə biləcəklər.
Qız - Yeni işlərə başlamaq üçün yaxşı gündür. Siz qərarlı və
enerjilisiniz, gücünüz qarşısında dayana biləcək hansısa maneəni
təsəvvür etmək çətindir. Riskli fikirlər uğurlu olacaq. Siz çox
şeyi qumara qoymağa və daha artığını qazanmağa qadirsiniz.
Tərəzi - Siz başqalarının maraqlarını özünüzünkülərdən daha
yüksəkdə tutmağa meyllisiniz. Bu, yaxşı münasibətlərin saxlanmasına
yardım etsə də, sizin özünüzdə əsl komfort hissi yaratmayacaq.
Axşam ovqatınız korlana bilər. Bəzi Tərəzilər depressiya
vəziyyətinə yaxındırlar.
Əqrəb - Bəyənmədiyiniz adamların ovqatınızı korlamasına imkan
verməyin. Sizi tarazlıqdan çıxarmaq çətin deyil. Harmoniyanın
bərpası isə o qədər də asan deyil. Bəzi Əqrəblər özləri üçün
problemləri özləri yaradırlar. Bürcün əksər nümayəndələri isə real
çətinilklərin öhdəsindən uğurla gələ biləcəklər.
Oxatan - İşgüzar ünsiyyət, danışıqların aparılması üçün əlverişli
gündür. Hətta əvvəllər hec cür ümumi dil tapa bilməyən adamlar da
bu gün qarşılıqlı anlaşmaya nail ola biləcəklər. Bundan başqa, bu
gün ağır fiziki işlər, o cümlədən xüsusi vərdişlər və ya ağır
mexanizmlərin tətbiqini tələb edən işlər üçün münasibdir.
Oğlaq - Uğurlar başınızı gicəlləndirəcək, inanacaqsınız ki, bundan
sonra da hər şey yaxşı olacaq. Bir çoxları imkanlarını, o cümlədən
maddi vəziyyətlərini olduğundan yüksək qiymətləndirəcəklər. Nəzərə
almaq lazımdır ki, əsassız nikbinlik baha başa gələ bilər.
Dolça - Əməkdaşlıq üçün çox münasib gündür. Ona görə də problemləri
təkbaşına həll etməyə çalışmayın - ən yaxşısı dost və müttəfiqləri
köməyə çağırmaqdır. Birgə layihələr üzərində işə başlamaq olar.
Səylərin birləşdirilməsi məhsuldar alınacaq. Cəlbedici iş
təkliflərinin alınması istisna deyil.
Balıqlar - Səyahətə yollanmaq olar. Amma çox uzun müddətə yox.
Taleyüklü qərarlar qəbul etmək tövsiyə olunmur. Çünki siz məntiq və
sağlam düşüncəni unudaraq, həmin ana uyğun hərəkət etməyə
meyllisiniz. Bürcün bir çox nümayəndələri isə pullarını göyə
sovurmağa hazırdırlar.